400 min manat ilkin satış qiyməti təyin olunub - NÖVBƏTİ HƏRRAC
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı martın 14-də keçiriləcək növbəti hərraca 71 dövlət əmlakı çıxarılacaq.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Hərraca çıxarılan əmlakların 27-i kiçik dövlət müəssisəsi, 16-ı istifadəsiz qeyri-yaşayış sahəsi 20-i səhmdar cəmiyyətlər, 8-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar: http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1408
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti paytaxtda olmaqla yanaşı, Lənkəran, Gəncə, Cəlilabad və digər bölgələrdə yerləşir. Lənkəran şəhərində hərraca çıxarılan anbarın ümumi faydalı sahəsi 263.9 kv.m təşkil edir. Bu dəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30- 45 %-i özəlləşməyə çıxarılıb.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, tikinti, məişət, nəqliyyat, istehsal, inşaat və.s sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azərmetalinvest”, “Azərinterservis”, “Goranboy sənaye inşaat”, “Kürdəmir Kəndkimya Təchizat”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.
Göstərilən linkə ( https://goo.gl/0rGXzp ) daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar.
Hərraca çıxarılan qeyri-yaşayış obyektlərindən 14-ü paytaxtda, digərləri Gəncə və Mingəçevir rayonlarında yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 400 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 30 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 10 min manata təklif olunur.
Qeyd edək ki, hərraclarda iştirak etmək proseduru çox sadə və rahatdır. Bunun üçün özəlləşdirmə portalı olan privatization.az saytına daxil olub əmlakı seçib sifariş vermək və 10% behi ödəmək kifayətdir. Portala daxil olmaqla hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, işçilərin sayı, özəlləşdirilən torpaq sahəsi əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə, 10 % beh barədə geniş məlumatlarla tanış olmaq olar. Hərracda iştirak edən lakin qalib olmayan şəxslər 10 gün ərzində komitəyə müraciət etməklə ödənilən behi geri ala bilər. Hərraca çıxarılan əmlaklar barədə ictimai məlumatlandırma 1 ay öncədən adıçəkilən portal ilə yanaşı həm komitənin rəsmi informasiya resursu olan emdk.gov.az saytı, həmdə sosial şəbəkələr vasitəsilə aparılır. Bundan əlavə hərracların video görüntüləri komitənin rəsmi youtube kanalından yerləşdirilir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 36 d. əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
























