Azercell-in daha bir Eksklüziv mağazası abunəçilərin ixtiyarında
Mağazanın açılışı münasibəti ilə kampaniyada iştirak edib 150 AZN hədiyyə balansı qazanmaq şansını əldən verməyin!
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC 4,5 milyonluq abunəçi ailəsi üçün yeniliklər təqdim etməyə davam edir.
Yay fəsli boyu Bakıda və bölgələrdə bir-birinin ardınca yeni eksklüziv mağazalarını abunəçilərinin ixtiyarına verən şirkət bu dəfə Cavadxan küçəsi, 3005 ünvanında yeni konsepsiyasına uyğun növbəti mağazanın açılışını edib.
Eksklüziv mağazanın açılışı münasibəti ilə Azercell abunəçilərinə sərfəli kampaniya da təklif edir. Belə ki, yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Bir həftə ərzində keçərli olan kampaniya çərçivəsində hədiyyə olaraq təqdim olunan məbləğdən internet xidməti və şəbəkədaxili zənglər üçün istifadə etmək olar. Bundan əlavə mağazada müştərilərə təqdim olunan xüsusi kuponla istənilən aksesuarı 20% endirimlə əldə etmək də mümkündür.
Azercell-in təqdim etdiyi yeni konsepsiyalı mağazalar abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Bütün yeni konsepsiyalı mağazalarda olduğu kimi, burada da şirkətin müştəri xidmətləri mərkəzlərində həyata keçirilən bir çox əməliyyatların icrası mümkündür. Həmçinin, abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1) və Bərdədə (İsmət Qayıbov küç., 8) ünvanında abunəçilərin ixtiyarına verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)










