Azərbaycanda 9 bankın balans kapitalı azalıb

Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 30 bankdan 9-nun balans kapitalı illik müqayisədə azalıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Atabank", "AFB Bank", "Access Bank", "AGBank", "Bank of Baku", "Unibank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (33,2%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (0,2%) qeydə alınıb.
20 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (42,9%), ən aşağı dinamika isə "Kapital Bank"da (0,1%) baş verib.
ABB balans kapitalının dinamikasını açıqlamayıb.
7 BANKIN BALANS KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 188,538 milyon manat), "PAŞA Bank" (363,358 milyon manat), "Xalq Bank" (273,697 milyon manat), "Kapital Bank" (272,287 milyon manat), "Express Bank" (145,152 milyon manat), "Atabank" (144,644 milyon manat) və "Bank Silk Vey"dir (130,721 milyon manat).
Qalan 23 bankdan 18-də balans kapitalı 50-100 milyon manat arasında, 5 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
