“Bakcell”dən sərfəli 4G təklifləri
Şirkətin təqdim etdiyi bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərini ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri və ən üstün rəqəmsal müştəri təcrübəsi ilə təmin etmək məqsədilə sərfəli təkliflər hazırlayır və ultra-sürətli 4G/LTE şəbəkəsinin əhatə dairəsini genişləndirir.
Müştərilərinə bütün Bakı və Abşeron ərazisi və ölkənin 30-dan çox rayon və şəhər mərkəzində mövcud olan 4G xidmətlərin üstünlüklərindən istifadə imkanı yaratmaq üçün Bakcell sərfəli İnternet paketləri təklif edir. Bu təkliflər bütün müştəri seqmentlərinin tələb və ehtiyacını qarşılamaq üçün nəzərdə tutulub.
Məsələn, İnternetdən tez-tez istifadə edən abunəçilər xüsusi Data SİM kartlarını əldə edib 10 Gb, 30 Gb, 50 Gb həcmində və hətta limitsiz “data” Sür@ paketlərindən yararlana bilər. Müvafiq olaraq 12, 20, 30 və 50 manata təklif olunan “yalnız internet” paketləri sayəsində abunəçilər sürəti saniyədə 225 meqabitə çatan ultra-sürətli 4G xidmətindən istifadə edərək mobil cihazlarda və “Smart” televizorlarda yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq imkanına malikdirlər.
“Bakcell”in təklif etdiyi bütün internet paketlər 4G şəbəkəsində istifadə oluna bilər. Başqa sözlə, “Bakcell”in ən müasir LTE-A şəbəkəsindən yararlanan abunəçilər maksimum sürət və rahatlıqla yanaşı internet bağlantısının ən yüksək effektivliyini əldə edirlər. Bazarda ən innovativ mobil operator olan Bakcell bütün müştəri seqmentlərinin tələb və ehtiyaclarını öyrənmək üçün daim bazar araşdırmaları aparır və müasir smartfon istifadəçilərinin tələblərinə uyğun internet paketləri təqdim edir. Belə ki, 1,3,5, 10 və 20 Gb həcmində təqdim olunan paketlər abunəçilərə istifadə çevikliyi və rahatlığı ilə yanaşı çox sərfəli qiymətə böyük həcmdə internet trafiki verir ki, istifadəçilər “Bakcell”in ən üstün 4G şəbəkəsindən sözün əsl mənasında faydalanmaq imkanına malik olurlar.
“Bakcell”in smartfonlar üçün nəzərdə tutulmuş internet təklifləri barədə ətraflı məlumat https://www.bakcell.com/az/internet-for-smartphones səhifəsində təqdim edilir. Data SİM kartları üçün nəzərdə tutulmuş “yalnız internet” təklifləri barədə daha ətraflı məlumat isə https://www.bakcell.com/az/internet-for-other-devices səhifəsindən əldə oluna bilər.
Bakcell özünün yüksək keyfiyyətli 4G/LTE xidmətlərini daha çox müştəri üçün əlçatan etmək məqsədilə 4G şəbəkəsinin əhatə dairəsinin daha da genişləndirilməsinə yönəlmiş işləri davam etdirir. Şirkət bundan sonra da müasir mobil rabitə istifadəçilərini yenilənmiş, rahat və olduqca sərfəli tarif, məhsul və xidmətlərlə təmin edəcək.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
11 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
11 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















