“Qala Həyat” sığorta 7 aylıq hesabatını açıqlayıb
Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2018-ci ilin yanvar-iyul ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən “Qala Həyat” sığorta şirkəti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 9 096 394 manat həcmində sığorta haqqı toplanılıb.
Bununla yanaşı, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən ödənişlərin həcmi də açıqlanıb. Belə ki, qeyd olunan dövrdə baş vermiş sığorta hadisələri üzrə şirkət tərəfindən 10 460 184 manat həcmində sığorta ödənişi həyata keçirilib. Ödənişlər müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilib.
Qeyd edək ki, “Qala Həyat” şirkəti müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























