Azərbaycan islam maliyyələşməsi üzrə konfransa ev sahibliyi edəcək
Bu il Azərbaycanda islam maliyyələşdirilməsinə dair beynəlxalq konfrans keçiriləcək.
Bu barədə “Al-Huda” İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi (Al-Huda Centre of Islamic Banking and Economics – CIBE) məlumat yayıb.
Məlumata görə, “Al-Huda” mart ayından etibarən Afrika və Mərkəzi Asiya ölkələrində islam maliyyələşdirilməsi ilə bağlı tədbirlərə başlayacaq. Martda Tanzaniyada start götürəcək tədbirlər ümumilikdə 8 Afrika və 5 Mərkəzi Asiya ölkəsini əhatə edəcək. Bu çərçivədə cari ilin aprelində Qazaxıstanda islam maliyyələşdirilməsi ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır.
“Roadshow” adlanan silsilə konfranslar çərçivəsində neft qiymətlərinin ucuzlaşması, “ərəb baharı”, islam bankçılığı və maliyyələşməsi sahəsində trendlər və problemlər müzakirə ediləcək. Mərkəzi Asiya ölkələri sırasında Qazaxıstanla yanaşı Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın da adı yer alıb. Qeyd edək ki, Azərbaycanda keçiriləcək tədbirin vaxtı hələ müəyyənləşdirilməyib.
Məlumata görə, bu il islam maliyyələşməsinin həcmi 17,39% artırılaraq 2,3 trln. dollardan 2,7 trln. dollara çatdırılacaq.
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















