Tramp bir sirri açdı - "Türkiyə üçün..."
Türkiyə ilə ABŞ arasında keşiş Branson böhranı qarşılıqlı sanksiyalar və sərt açıqlamalar ilə davam edir.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən nazirlər kabinetinin toplantısında "Türkiyənin yaxşı bir dost olmadığının ortaya çıxdığını" söyləyib.
Toplantıda ABŞ-ın xəzinə naziri Stiven Mnuçin isə Bransonın təcili azad edilməməsi vəziyyətində Türkiyəyə yeni sanksiyalar tətbiq olunacağını bildirib.
"Bloomberg"in xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp, Türkiyə üçün bir nəfərin, adını vermədiyi bir ölkədə sərbəst buraxılmasını təmin etdiyini, ancaq buna baxmayaraq Bransonın azadlığa buraxılmadığını söyləyib.
Xəbərdə, Trampın Ərdoğan ilə keçirdiyi görüşə işarə edilərək, "Birini bir yerdən çıxarmaq məsələsində yardıma ehtiyacı vardı, mənə müraciət etdi. Mən də kömək etdim. Buna baxmayaraq keşişimizi həbs etmək istəyirlər. Ədalətli deyil. Doğru deyil,"- dediyi bildirilib.
"TÜRKİYƏ İLƏ ƏLAQƏLƏRİ AZALDIRIQ"
ABŞ Prezidenti Tramp, Türkiyə ilə ölkəsi arasında davam edən keşiş Brunson gərginliyi ilə bağlı gecə sosial mediadan da açıqlama verib.
Tramp sosial mediadan etdiyi açıqlamada, "Türkiyə uzun illər ABŞ-dan istifadə etdi. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən möhtəşəm biri keşişimizi həbsdə saxlayırlar. Günahsız bir adamın sərbəst buraxılması üçün heç nə verməyəcəyik, Türkiyə ilə əlaqələrimizi azaldırıq",- İfadələrini istifadə edib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Dünən ABŞ-ın vitse-prezidenti Mike Pence də, Bransonın azad edilməsi lazım olduğunu söyləmiş və "Türkiyə, Prezident Trampın qətiyyətini test etməməlidir" deyərək təhdid etmişdi.
"ABŞ HƏQİQİ DOSTUN KİM OLDUĞUNU BİLMİR"
Trampın sözlərinə cavab verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, "ABŞ həqiqi dostun kim olduğunu bilmir və görmür. ABŞ ilə problemləri çox asan həll edə bilərik, amma ABŞ-ın indiki anlayışı ilə deyil" -söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)




