"Qara bazar"da qara ciyər neçəyədir? - ORQANLARIN QİYMƏTLƏRİ
Xəbər verildiyi kimi, Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Yeniliklərə əsasən ölkədə donorların və oranlara ehtiyac olanların məlumat bazası yaradılacaq, eləcə də meyitlərdən bəzi orqanların götürülməsinə icazə veriləcək.
Milli Məclisdən verilən məlumata görə, Hazırki qanunda köçürülməli olan orqanlar arasında böyrək, qaraciyər və gözün buynuz qişası yer alıb. Yeniliklər nəicəsində isə bu siyahıya ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. də əlavə oluna bilər.
Qeyd edək ki, dünyadakı orqan transplantasiyası əməliyyatlarının 80-90 faizi məhz ölmüş insanların orqanı hesabına aparılır. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir.
Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını verə bilər. Ona görə də bu sistemin qurulması çox vacibdir.
Bəs Azərbaycanda orqan köçürülməsi neçəyə başa gəlir?
Hazırda Azərbaycanla daha çox böyrək və qaraciyər transplantasiyası keçirilir. Bu sahədə həm xəstəxanadakı rəsmi, həm də "qara bazar"dakı qeyri-rəsmi qiymətləri araşdırılıb.
“Mərkəzi Neftçilər Xəstəxanası”-dan verilən məlumata görə qaraciyər köçürülməsi45 min manat , böyrək isə 12 min manata həyata keçirilir, özü də bu yalnız əməliyyatın qiymətidir. Lakin sonra xəstəxana bu məlumatı təkzib edib.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
“Memorial Klinik”-in Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, qaraciyər köçürülməsi əməliyyatı 90 min dollar, böyrək isə 25 min dollardır. Qeyd edək ki, bu əməliyyatlar Türkiyədə olur və bu qiymətə yalnız əməliyyat və orada qalma xərcləri aiddir. Donor isə yalnız qohum olmalıdır və böyrək uyğunluğunu yoxlamaq üçün keçirilən analiz isə bu qiymətdən əlavə hesablanır.
“M.Cavadzadə adına Respublika Klinik Uroloji” –dən verilən məlumata görə burada yalnız böyrək köçürülməsi həyata keçirilir və əməliyyat pulsuz olaraq aparılır. Donor isə qohum olmalıdır.
“Mərkəzi Gömrük Hospital”-dan verilən məlumatda isə bildirilir ki, qaraciyər köçürülməsi 42 min manat, böyrək isə 12 min manatdır. Qeyd etdi ki, bu qiymətlər təqribidir və qiymətlər donorların böyrək və qaraciyərinin vəziyyətinə görə dəyişir və bu qiymətlərə əməliyyata qədər olan analiz qiymətləri daxil deyil.
Xəstəxanalardan donorun yalnız qohum olması tələbi qoyulsa da, “qara bazar”da da böyrək satan və alanlar var.
Böyrək satışında qiymətlər 30-45 min manat aralığında dəyisir və hətta razılaşma yolu ilə satanlar da var. Qaraciyərini satmaq istəyənlər isə onu 25 min manata təklif edirlər.
© FED
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 21 saat sonra
-
- 16 saat sonra
-
11 d. əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 d. əvvəl
- 15 d. əvvəl
-
39 d. əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
52 d. əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
1 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb

















.jpg)



.jpg)
