ABŞ: Əgər bir neçə gündə bir nəticə olmasa...
Türkiyə və ABŞ arasında keşiş Brunsonla başlayan böhran davam edərkən, ABŞ tərəfindən qalmaqal açıqlamaların ardı arxası kəsilmir. Dünən Ağ Evin sözçüsü Sarah Sandersın Prezident Trampın hirsli olduğunu söyləməsinin ardından "Reuters"ə danışan bir ABŞ rəsmisi, "Bir neçə gün və ya bir həftə ərzində bir nəticə olmasa başqa tədbirlər də görülə bilər" deyib.
Ağ Evdən verilən açıqlamada, Prezident Donald Trampın, Türkiyədə ev həbsində saxlanılan amerikalı keşiş Endryu Brunsonın sərbəst buraxılmaması səbəbindən hirsli olduğu bildirilib.
"Marja" xəbər verir ki, Ağ Evin mətbuat sözçüsü Sarah Sanders jurnalistlərə verdiyi açıqlamada, "Prezidentin keşiş Brunsonın sərbəst buraxılmaması, həmçinin digər ABŞ vətəndaşları və diplomatik nümayəndəlik əməkdaşlarının sərbəst buraxılmaması qarşısında çox qəzəbli olduğunu" söyləyib.
Digər tərəfdən, "Reuters" xəbər agentliyinə danışan və adı açıqlanmayan bir Ağ Ev rəsmisi, keşiş Endryu Brunsonın azad edilməməsi vəziyyətində Türkiyəyə iqtisadi təzyiqin artırılacağı xəbərdarlığını edib.
Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun dünən Türkiyənin ABŞ səfiri Serdar Kılıç ilə xüsusi bir görüş keçirdiyini qeyd edən "Reuters", yüksək səviyyəli bir amerikalı rəsmiyə istinad edərək "Boltonun Kılıç ABŞ-ın geri addım atmayacağı" barədə xəbərdar etdiyini qeyd edib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Sözügedən səlahiyyətli "Reuters"ə verdiyi açıqlamada Brunson məsələsində "heç bir irəliləyiş əldə olunmadığını" qeyd edərək, "Prezident, keşiş Brunsonı evinə qayıtması məsələsində yüz faiz qərarlıdır və qarşıdakı bir neçə gün və ya bir həftə ərzində bir nəticə görməsə başqa tədbirlər də görə bilər" deyib.
Səlahiyyətli, tədbirlərin yəqin ki, iqtisadi sanksiya şəklində olacağını bildirərək, "Nəticə görməsək təzyiq davam edəcək" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















