Hesab.az və ticketbox.az da elektron biletlər barkodlu olacaq!
Ölkədə onlayn ödəmə sistemini geniş istifadəçi auditoriyasına təqdim edən ilk şirkət kimi tanınan GoldenPay Ticketbox.az ilə əməkdaşlıq quraraq, barkodlu elektron biletlərin yayımına başladı. Bu təşəbbüs konsert həvəskarlarının ürəyincə olacaq. Azərbaycanda keçirilməsi nəzərdə tutulan bəzi əcnəbi və yerli musiqiçilərin konsertlərinə bilet almaq üçün saatlarca kassaların qarşısında növbə gözləmək, istədiyiniz sektordan bileti əldə etmək barədə həyəcan keçirmək dövrü sona çatdı.
İndi heç bir yerə getmədən ticketbox.az şirkətinin təşkil etdiyi konsertlərə biletləri əldə etmək çox asanlaşdı. Barkodlu elektron biletlərin sifarişini www.hesab.az onlayn ödəmə portalının qeydiyyatsız ödənişlər bölməsində biletlər alt bölməsinə daxil olaraq, istədiyiniz konsertə arzu etdiyiniz sektor və yeri seçməklə reallaşdıra blərsiniz. Burada konsertə dair bütün məlumatlar yayımlanır. Hər bir konsertlə bağlı sektor, müvafiq sektora uyğun yerlər, həmin yerlər üçün qiymətlər, artıq satılmış olan biletlər və s kimi məlumatlar bütün detalları ilə əks olunur. Biletlər tam elektron şəkildə barkod şəklində təqdim edilir. Yəni, biletlərin hansısa üçüncü şəxslər tərəfindən çatdırılmasına və nəğd ödənişə ehtiyac yaranmır. Bileti sifariş etdikdən sonra, onlayn ödəmə edilir, ekranda görünən elektron bilet sifarişçi tərəfindən istifadə etdiyi emailə göndərilir və istəkdən asılı olaraq çap edilir. Qeyd edək ki, eyni xidmətdən ticketbox.az portalı vasitəsilə də yararlana bilərsiniz.
Xatırladaq ki, GoldenPay, “Visa” və “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərinin sertifikasiyadan keçmiş Onlayn ödəmə sisteminə malikdir. Bununla yanaşı, GoldenPay xüsusi şifrələnmə üçün Geo Trust istifadə edərək, müvafiq ödəniş məlumatlarının şifrələnməsini təmin edir. Bu da fəaliyyətə başladığı gündən yüzlərlə xidmətin bu sistemə qoşulmasına və milyonlarla AZN-lik onlayn ödəmələrin həyata keçirilməsinə yol açır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 55 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)






.jpg)

