Almaniyadan Türkiyəyə dəstək mesajları
Türk Lirəsinin kəskin ucuzlaşmasından sonra Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Almaniyadan dəstək mesajları verilib. Almaniyanın Baş naziri Angela Merkel, Türkiyənin rifahının yüksək görmək istədiklərini bildirib. Almaniyanın hökumət sözçüsü, İqtisadiyyat Nazirliyinin sözçüsü və Maliyyə Nazirliyinin nümayəndəsi də oxşar fikirlər bildiriblər.
"Marja" xəbər verir ki, Merkel Türkiyədəki vəziyyət ilə bağlı açıqlama verib.
Türkiyənin rifah içərisində olduğunu görmək istədiklərini dilə gətirən Merkel, "Türkiyəndə sabitliyin pisləşməsində marağımız yoxdur" deyib.
Merkel, həmçinin Mərkəzi Bankın müstəqilliyinin mühüm olduğunu qeyd edib.
Almaniyanın Hökumət sözçüsü Steffen Seibert, Türk iqtisadiyyatının sabitliyinin Almaniyanın xeyrinə olacağını bildirib və Türkiyədəki vəziyyəti Berlinin yaxından izlədiyini qeyd edib.
Seibert, mətbuat konfransında, Türkiyədəki vəziyyətin Almaniya şirkətlərinə necə bir iqtisadi təsir edəcəyi barədə şərh vermək istəmədiyini deyib.
TİCARƏT HƏCMİ 37,7 MİLYARD AVRODUR
Almaniyanın İqtisadiyyat Nazirliyinin sözçüsü Beate Baron isə, Almaniyanın Türkiyənin ən mühüm ticarət tərəfdaşı olduğunu bildirib, iki ölkə arasındakı ticarət həcminin ötən il 37,7 milyard avro olduğunu qeyd edib.
"İZLƏYİRİK, ANALİZ EDİRİK"
Almaniyanın Maliyyə Nazirliyinin sözçüsü Jannette Schwamberger də Türkiyədəki proseslərin G20 üzvləri arasında müzakirə olunub olunmayacağı və ya bir toplantı keçirilib keçirilməyəcəyinə dair suala, bu məsələdə bir məlumatının olmadığını deyib.
Schwamberger, pul vahidi və maliyyə sabitliyinə dair məsələlərin müvafiq qurumlar tərəfindən izləndiyini və analiz edildiyini bildirib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)











.jpg)




