Maliyyə uçotu təlimi keçiriləcək - 1 HƏFTƏ QALDI
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri "Mühasiblərin Peşəkar Sertifikasiya Proqramı (MPS)" üzrə maliyyə uçotu təlimlərinə dəvət edir.
Təlim keçiriləcək yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50 Tədris dili: Azərbaycan
E-poçt ünvanı: [email protected]; [email protected]
1. Təlimin məzmunu haqqında ümumi məlumat
Bu proqram Sertifikatlaşdırılmış Mühasiblər Assossiasiyasının (ACCA) F3 Maliyyə uçotu proqramına əsasən qurulub. Burada təşkilatın maliyyə uçotunun aparılması müxabirləşmələrin verilməsi, Maliyyə hesabatlarının tərtibatəna qədər olan əməliyyatları və mərhələləri, Maliyyə hesabatlarının tərtibini və eləcə də Qrup anlayışlarını özündə əks etdirir. Əsas diqqət sənəd əsasında göstərilmiş məlumatların Maliyyə hesabatlarına düzgün və dəqiq təqdim edilməsinə köklənmişdir. Bu kurs təşkilat, stategiya və innovasiya məsələlərinin reallaşması zamanı yaranan maliyyə münasibətlərini öyrədir və eyni zamanda istehsal, ticarət, xidmət, ictimai əhəmiyyətli və digər təşkilatlar da daxil olmaqla təşkilatlarda Maliyyə uçotunun necə istifadə edilməsini tədris edir. Bu fənn ilkin olaraq, Maliyyə əməliyyatlarının və Maliyyə hesablatlarının hazırlanma qaydalarını izah edəcək. Siz, Maliyyə uçotunun əsas səbəb və məqsədlərini mənimsəyərək, praktiki iş fəaliyyətinizdə bu hesabatları tərtib və təhlil edə biləcəksiniz.
2. Təlim kimlər üçün hazırlanıb?
Təlim proqramı karyerasını maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən, bu sahələr üzrə mütəxəssis kimi çalışmaq istəyən xüsusi ixtisaslaşdırılmış və ali məktəblərin tələbə və məzunları, çalışmağa yeni başlamış və yaxud bu sahədə təcrübəsi kifayət qədər olmayan, ixtisasını təkmilləşdirmək arzusunda olan fərdi dinləyicilər üçün nəzərdə tutulub.
3. Tələb olunan ilkin biliklər:
Təhsillə bağlı heç bir tələb yoxdur. İlkin iqtisadı biliyin olması tövsiyyə olunur.
4. Təlimin davametmə müddəti və təşkili:
Təlim müddəti 12 həftə, ümumi tədris yükü 50 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.
5. Təlimin hədəfi:
-Maliyyə uçotunun əsasları ilə tanış olmaq
- Gündəlik iqtisadi əməliyyatların mühasibat uçotu sistemində əks etdirilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi.
6. Təlim iştirakçılarının sayı:
10 nəfərədək
7. Təhsil siyasətimiz:
Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.
Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.
Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.
8. Bizi fərqləndirən əsas cəhətləri
- Peşəkar idarəçilik və təlimçilər komandası
- Müasir bilik standartlarının tətbiqi
- Hər bir dinləyiciyə fərdi yanaşma metodikası
- Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək
-Təlimlərdən sonra da hər zaman dəstək olmaq
Təlimin başlama tarixi: 18 fevral 2017-ci il
Dərs günləri: Şənbə və ya həftə içi
Vaxt:
Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30
Həftə içi: 19.00 - 21.00
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.
Tədris dili: Azərbaycan dili Təlimin müddəti(saat): 50 saat Təlimin ümumi qiyməti – 350 AZN
* Sayı birdən çox korporativ müştərilər və tələbələr üçün xüsusi endirimlər mövcuddur.
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz: http://tedris-maliyye.gov.az/ https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/
Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici serrtifikatı təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
2 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
3 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"






















