İlk yeddi ayda 2,5 milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk yeddi ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 14% çoxdur. Bu barədə “Marja”ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster “Buta Airways” aviaşirkətinin payına isə 259 min sərnişin düşmüşdür.
Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin (ümumi sərnişin axınının 86 faizi) daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 33 faizi AZAL-ın, 12 faizi isə “Buta Airways”in payına düşmüşdür.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxildir. Bu istiqamətlərə 371 min sərnişin uçmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















