Rusiya rublu "cəhənnəmdən gələn sanksiyalar" ilə ucuzlaşır
ABŞ tərəfindən Rusiyaya tətbiq ediləcəyi gözlənilən sanksiya layihəsinə dir detalların Rusiya mətbuatında yer almasının ardından, birjada Rusiya rublu dollar qarşısında 3,2 % ucuzlaşaraq 65,55 səviyyəsinə, avro qarşısında da 3,4 faiz düşərək 76,13 səviyyəsinə geriləyib. Banklarda Dollar 66 rubldan da baha satılır.
Rusiya valyutası Dollar qarşısında sonuncu dəfə 2016-ci ilin noyabrında bu səviyyələrə düşmüşdü.
Dollar/Rusiya Rublu rəsmi məzənnəsi 63,60 səviyyəsindədir.
"Marja" xəbər verir ki, ABŞ-da bir qrup senator tərəfindən keçən həftə təqdim olunan sanksiya layihəsi ilə, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi planlaşdırılır. Sanksiya Rusiyanın, Suriya və Ukraynadakı fəaliyyətləri, 2016-dakı prezident seçkilərinə müdaxiləsi səsblərilə tətbiq edilə bilər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Rusiyaya qarşı sanksiyaların ən böyük tərəfdarlarından biri olan amerikalı Respublikaçı senator Lindsey Graham, layihəyə dair ötən həftə verdiyi açıqlamada, Rusiyanı cəzalandırmaq üçün "cəhənnəmdən gələn sanksiyalar" hazırladıqlarını demişdi.
"ABŞ Düşmənlərinə Sanksiyalarla Qarşı (CAATSA)" qanun layihəsinə görə, sanksiyalarla, Rusiyaya məxsus dövlət borcları başda olmaqla, çoxlu sayda Rus siyasətçi və iş adamının da hədəf alınacağı gözlənilir.
Səhmlərinin təxminən 25%-i ABŞ şirkətlərinə və vətəndaşlarına aid olan Rusiyanın ən böyük bankı "Sberbank"ın səhmləri də xəbərin ardından 4,5%-ə yaxın ucuzlaşıb.
Sanksiyaların qüvvəyə minməsi üçün Senat və Nümayəndələr Palatasından keçərək ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
29 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
30 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)














.jpg)



