7 bankın ehtiyatlara ayırdığı vəsait artıb, 13 bank vəsait ayırmayıb

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 7-nin bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Naxçıvan Bank", "Nikoyl Bank", "Azərbaycan Sənaye Bankı", "AGBank", "Zıraat Bank Azərbaycan", "Kapital Bank" və "Yapı Kredi Bank Azərbaycan"dır. Ən yüksək dinamika "Naxçıvan Bank"da (7,5 dəfə), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (7,1%) qeydə alınıb.
8 bankın - "Amrah Bank", "AFB Bank", "Rabitəbank", "Xalq Bank", "Turan Bank", "Bank Respublika", "Muğan Bank" və "PAŞA Bank"ın isə xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitin məbləği azalıb. Ən çox azalma "PAŞA Bank"da (62,1%), ən az azalma isə "Amrah Bank"da (10,2%) baş verib.
2 bank - İran Milli Bankının Bakı filialı və "Azər-Türk Bank" xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 3,2 dəfə və 2,3 dəfə artırıb, 2 bank - "Bank Avrasiya" və "Bank BTB" isə xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 66,7% və 82,8% azaldıb.
7 bank - "Access Bank", "Bank of Baku", "Bank Silk Vey", "Express Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı və "Unibank" bu ilin I yarısında xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb, ötən ilin I yarısında isə ayırıb, 3 bank - "Atabank", "Bank VTB Azərbaycan" və "Günay Bank" isə bu ilin ilk 6 ayında xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb, ötən ilin ilk 6 ayında isə ayırmayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasına hesablamaq mümkün olmayıb.
ABB xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını açıqlamayıb.
13 bank bu il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-ü xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", İran Milli Bankının Bakı filialı, "Bank BTB", "Azər-Türk Bank", "Express Bank", "Bank Avrasiya", "Atabank", "Access Bank", "Bank Silk Vey", "Unibank", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB).
Adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxından ən yüksək göstərici ABB-də (88,169 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (6 min manat) qeydə alınıb.
Qalan 17 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən çox ayırma "Bank VTB Azərbaycan"da (234,289 milyon manat), ən az ayırma isə "Turan Bank"da (440 min manat) qeydə alınıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
37 d. əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
49 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 52 d. əvvəl
-
53 d. əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Ersin Tatar Azərbaycana səfərə gəlib

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
