Hər məkanın öz məhsulu: “Mətanət A” evlərinizin təmirində bütün xırdalıqları nəzərə alıb

(®) Ev təmir edərkən hər kəsi bir sual düşündürür: necə edim ki, çəkdiyim zəhmət və vaxt hədər getməsin, təmirli məkan zövqünü daha uzun müddət yaşaya bilim? Bazardakı məhsulların keyfiyyəti haqqında yetəri qədər məlumatı olmayan şəxs üçün bu seçimi etmək bir qədər çətin olur. Odur ki, keyfiyyətli məhsulu tanımanızda fayda var.
Tikinti məhsullarında keyfiyyət dedikdə ilk növbədə ağla “Mətanət A” şirkəti gəlir. Şirkətin yüksək texnologiyalar əsasında istehsal etdiyi keramika yapışdırıcıları artıq 20 ilə yaxındır ki, bazarda özünə layiqli yer tuta bilib.
“Mətanət A” 16 adda keramika yapışdırıcısı istehsal edir. Bu məhsullardan istər daxili, istərsə də xarici məkanlarda üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə etmək mümkündür. Sanitar qovşaqları və mətbəxi, eləcə də kafel yapışdırılan digər məkanları təmir edərkən köhnə kafelləri sökmək qayğısı da çəkməyəcəksiniz. Güclü yapışdırma xüsusiyyətinə malik “Mətanət A” keramika yapışdırıcıları köhnə kafelləri qoparmadan kafelin üzərindən yenilərini yapışdırmağa imakn verir. Amma onların üstünlüyü bununla yekunlaşmır. “Mətanət A” keramika yapışdırıcıları rahat hazırlanır və tətbiq olunur, şaxtaya və istiliyə davamlıdır.
“Qraniyap” markalı keramika yapışdırıcılar təbii mərmər və qranit, keramika, böyük ölçülü keramika, çini keramika, kirəmit və bu kimi üzlük plitələrinin yapışdırılmasında istifadə olunur. “Mətanət A” nəmli, sulu məkanları da düşünüb.
Şirkətin “Hidroyap” markalı keramika yapışdırıcıları hovuz, hamam, qaynar bulaq, sauna kimi nəmli yerlər üçün nəzərdə tutulub.
Eləcə də şirkətə aid “Penabet” keramika yapışdırıcısı da suhopması yüksək olan qaz-beton blokların, dekorativ üzlük kərpiclərin, arakəsmə gips tavaların, peno-beton və digər həcm kütləsi az olan yüngül materialların hörülməsində və yapışdırılmasında istifadə olunur.
“Fasker 100” və “Fasker 200” məhsulları isə binaların fasadına müxtəlif ölçülü keramika, çini keramika, kotto, mərmər, qranit və digər təbii daşların, dekorativ kərpic və bu kimi üzlük materialların yapışdırılması üçün nəzərdə tutulub.
İnsanların gününün böyük hissəsinin keçdiyi və yüksək gigiyenik normaların gözlənilməsinin tələb olunduğu məkanlarda isə “Epoks 100” və “Epoks 100 white” məhsullarının istifadəsi məqsədəuyğun sayılır. Kimyəvi maddələrə, turşulara, qələvilərə, yağlara, qida və məişət tullantılarına, kimyəvi tullantı sularına qarşı davamlı olan “Epoks” keramika yapışdırıcıları antibakterial xüsusiyyətə malikdir.
Belələliklə, “Mətanət A” yaşıdığınız və çalışdığınız məkanlarda yalnız estetik zövqünüzü oxşamağı yox, həm də sağlamlığınızı düşünür. Odur ki, təmirə başlamazdan öncə “Mətanət A” şirkətinin təklif etdiyi keramika yapışdırıcılarının üstünlüklərini unutmayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
- 22 d. əvvəl
- 34 d. əvvəl
-
55 d. əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
-
1 saat əvvəl
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
-
1 saat əvvəl
“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
Ən çox oxunanlar

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Oktyabrın 3-də gözlənilən hava şəraiti

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
