Qeydiyyata alınmayanların fəaliyyəti qadağan ediləcək
Qida təhlükəsizliyi qeydiyyatı qida məhsullarının istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək
Nazirlər Kabineti “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.
Qaydaya əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. Qida zənciri qida məhsullarının “tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusudur. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər. Ərizəyə fiziki şəxslər şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini, hüquqi şəxslər vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini əlavə etməlidir. Ərizəyə subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti, subyekt idxalçı olduqda idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti də əlavə olunmalıdır. Sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 iş günü müddətində məlumat verilir. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. Məsul şəxs obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürülür.
Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirlir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.
Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir. Subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:
- subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;
- hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;
- fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə
xitam verildikdə;
- məhkəmənin müvafiq qərarı olduqda;
- qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.
Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Agentliyin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır. İstehlakçıların qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Agentlik tərəfindən təmin edilir.
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























