Rusiya neft hasilatında Səudiyyə Ərəbistanını keçdi
Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatlarına görə, mayda gündəlik orta hesabla 10,6 milyon barrel neft hasil edən Rusiya, eyni dövrdə gündəlik orta hesabla 9,99 milyon barreldə qalan Səudiyyə Ərəbistanını geridə qoyub.
"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri mayda gündəlik cəmi 31,9 milyon barrel neft hasil edib, bunun təxminən 4,5 milyon barreli İraqtərəfindən təmin edilib.
Neftin Rusiyanın ümumi ixracında payı bu ilin yanvar-may aylarında 28% olub. Neftin mayda orta ixrac qiyməti də 1 ton üçün 508 dollar təşkil edib.
OPEC-in hasilatın azaldılması razılaşmasına tərəf ölkələr, 23 İyunda Vyanada keçirilən iclasda neft hasilatının gündəlik 1 milyon barrel artırılması barədə razılığa gəlmişlər. Rusiyanın yenilənən müqavilə çərçivəsində hasilatını gündəlik 200 min barrel səviyyəsində artırması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















