"Faizlərin yüksək və Dolların güclü olması xoşuma gəlmir"
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, CNBC kanalına verdiyi xüsusi müsahibəsində ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasından narahat olduğunu və məmnun olmadığını deyib.
"İqtisadiyyat və birjada nə vaxt yuxarı getsək faizləri yenidən artırmaq istəyirlər. Bu məsələdən məmnun deyiləm",- deyən Donald Tramp, buna baxmayaraq Fed-ə "ən yaxşısını düşündükləri şeyi etmələri" barədə icazə verdiyini bildirib.
Fed-in iqtisadi inkişafı ləngidə biləcəyini qeyd edən Tramp, "İqtisadiyyat sahəsində bu qədər gərgin işlədikdən sonra faizlərin yuxarı olması xoşuma gəlmir",- deyib.
Onun sözlərinə görə, artan faizlər borc almağı bahalaşdırır, ABŞ iqtisadiyyatının rəqabət qabiliyyətini aşağı salır və ləngidir.
Tramp müsahibəsində güclü Dolların ABŞ-ı əlverişsiz vəziyyətə saldığını bildirib və Çinin valyutası Yuanın sərt bir şəkildə düşdüyünü qeyd edib. Güclü pul vahidi, ölkənin ixracını daha bahalı hala gətirir.
ABŞ Prezidenti Tramp, özünün seçdiyi və 5 Fevralda Fed sədri kimi vəzifəsinə başlayan Jerome Pauell üçün isə "çox yaxşı bir insan" ifadələrini işlədib.
Vətəndaş ikən dilə gətirdiyi məsələləri Prezident olduqdan sonra deməyə davam etdiyini qeyd edən Tramp, "İnsanların nə dediklərinə məhəl qoymuram, çünki fikirlərim dəyişmədi" - şəklində danışıb.
Sonra Ağ Ev tərəfindən verilən açıqlamada Prezidentin Mərkəzi Bankın müstəqilliyinə hörmətlə olduğunu və pul siyasəti qərarına müdaxilə etmədiyi qeyd olunub.
Fed Dallas şöbəsinin kşemiş rəhbəri Riçard Fişer CNBC-yə etdiyi açıqlamada, Amerika iqtisadiyyatının ən böyük xüsusiyyətlərindən birinin Mərkəzi Bankın müstəqilliyi olduğunu qeyd edib. Fişer, "Mən Fed sədri Pauellin yerində olsaydım, Prezidenti (Trampı) görməməzliyə vuraraq işimi görərdim. Onun da bunu edəcəyinə əminəm",- deyib.
Fed, Trampın vəzifəsinin icrasına başladığı 2017-ci ilin Yanvar ayından bu günə qədər 5 dəfə faiz artırıb. Bu il 2 dəfə faiz artımış Fedin, ilin sonunadək daha 2 dəfə də faizləri artıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







