"Əkdiyimiz düyüyə artıq əvvəlcədən sifarişlər almışıq”
Lənkəranlı fermer yetişdirdiyi yerli düyünü internet vasitəsilə xarici alıcılara satır
Beş ildir çəltikçiliklə məşğul olan Rüfət Əskərov aldığı dövlət krediti hesabına çəltik sahəsinin həcmini iki dəfə artıra bilib. Fermer 20 hektar ərazidə çəltik əkib. Ən əsası isə çəltiyə qulluq zamanı aqrotexniki qaydalara tam riayət olunur.
Lənkəranın Girdəni kəndində yaşayan Rüfət Əskərov deyib:
“Çəltikçilik rentabelli sahədir, bu sahənin inkişafı üçün maddi dəstəyə ehtiyac var. Maddi resurs tapmaqda çətinlik çəkirdim, ona görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə müraciət etdim. Dövlət Xidməti müraciətimi yüksək səviyyədə qarşıladı, müraciətimə baxdılar və müsbət rəy verdilər”.
Fermer bu il çox yüksək məhsuldarlıq gözləyir:
“Öz sahəmdə yerli, ənənəvi olan Həşimi toxumundan istifadə edirəm. Həşimi maraqlı çəltik növüdür. Məhsuldarlığı digər düyülərə nisbətən az olsa da, çox ətirli düyüdür. Buna görə bazarda satılan digər düyülərdən yaxşı mənada fərqlənir. Yerli Həşimi düyüsünə tələbat böyükdür və çoxlu sayda insanı öz müştərimizə çevirə bilmişik”.
Rüfət Əskərovun yetişdirdiyi düyünün müştərisi təkcə yerli alıcılarla məhdudlaşmır: “Biz istehsal etdiyimiz düyünü onlayn resurslarda və “Facebook” səhifəmizdə reklam edərək xarici bazarlara çıxarırıq. Düyümüzə xarici ölkələrdə tələbat böyükdür. Hazırda əkdiyimiz düyüyə artıq əvvəlcədən sifarişlər almışıq”.
Lənkəranlı fermer deyir ki, yerli və ətirli düyü sortlarından istifadə Azərbaycan mətbəxinin daha da tanıdılmasında mühüm rol oynayır. “Aş yeməklərin şahı hesab olunur. Toy məclislərində, digər məclislərdə, bayram günlərində mütləq aş bişirilir. Ənənəvi, yerli Həşimi düyüsündən hazırlanmış ətirli plov doğrudan da süfrəmizin tacı sayıla bilər”, - deyə o qeyd edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 4 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























