“AZNAR” mənfi zonada - ÖDƏNİLMƏMİŞ ZƏRƏRİ ARTIB
2016-cı illə müqayisədə ötən il Teymur Əhmədov adına “AZNAR” QSC-nin satışları 37% artıb.
“Marja” QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 2 milyon 324 min manat təşkil etmiş əsas əməliyyat gəliri, 2017-ci ildə 3 milyon 182 min manata qalxıb. Satışın maya dəyəri isə 1 milyon 817 min manatdan 2 milyon 507 min manata yüksəlib (38% artım).
Əməliyyat və digər xərclər çıxıldıqdan sonra “AZNAR”ın vergidən əvvəl 24 min 743 manat mənfəəti qalıb. 2016-cı ildə bu məbləğ 16 min 687 manat təşkil etmişdi. 9 min 949 manat mənfəət vergisi ötənildikdən sonra, QSC ötən ili 19 min 795 manat xalis mənfəətlə bağlayıb. 2016-cı ildə xalis mənfəət 13 min 350 manat təşkil etmişdi. Satışlar artsa da mənfəət cüzidir.
31 Dekabr 2017-ci il tarixində “AZNAR” QSC 54 milyon 996 min manat cəmi aktivlərə malik olub. 2016-cı ilin sonunda bu rəqəm 54 milyon 94 min manat idi.
“AZNAR” QSC-nin kapitalı mənfi zonadadır. QSC-nin 42 milyon 781 min manatlıq ödənilməmiş zərəri 30 milyon manat nizamanamə kapitalını silib və kapital mənfi 12 milyon 817 min manata düşüb. Ötən il kapital mənfi 10 milyon 919 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























