Metro fəaliyyətini bərpa edib
Qatarların hərəkətinə mane ola biləcək problemlər aradan qaldırılıb
Qatarların hərəkəti üçün tələb olunan elektrik enerjisinin "Bakı Metropoliteni" QSC-yə verilişinin dayanıqlığı təmin edildiyindən, saat 13:10-dan metropolitenə sərnişinlərin stansiyalara daxil olmasına və bütün istiqamətlərdə qatarların hərəkətinə icazə verilib. Bu barədə "Marja"ya QSC-dən bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında yerüstü nəqliyyatın üzərinə düşəcək sərnişindaşıma yükünün artan həcmi də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, paytaxtda bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.
Artıq sərnişindaşıma fəaliyyətini bərpa edən Bakı metropoliteni qatarların hərəkətini, iyulun 1-dən tətbiq edilmiş yay hərəkət qrafikinə uyğun olaraq, təmin edib. Bakı metropolitenində səhər saatlarından başlanan test rejiminin, ələlxüsus qatarların hərəkətinin müvafiq sərnişindaşıma parametrləri səviyyəsinə çatdırılmasının, eləcə də metropolitenin digər infrastrukturunun sərnişindaşımaya hazırlığının adi iş rejiminə uyğunlaşdırılması səbəbilə normal iş qrafikinin tətbiqi dərhal təmin edilib.
Qeyd edək ki, elektrik enerjisinin birinci dəfə kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə stansiyalar bağlandıqdan və az sayda olan sərnişinlərin mənzil başına çatdırıldığı vaxt baş verdiyindən onların təxliyəsi böyük çətinlik törətməyib. Xətlərdə hərəkət edən qatarlarda qalmış sərnişinlər, Bakı metropoliteninin müvafiq təlimat tələblərinə uyğun olaraq, hər hansısa problem yaşanmadan təxliyə edilib.
Dünən səhər saatlarında metropolitenin iki xətti – Yaşıl və Qırmızı xətləri normal rejimdə fəaliyyətə başlayıb. Yalnız Bənövşəyi xətdə, yəni "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında metropolitenə gələn elektrik xətlərində gərginliyin olmaması səbəbindən qatarların hərəkətini səhər saat 06:00-dan təmin etmək mümkün olmayıb. Gərginlik verildikdən sonra saat 08:32-də hərəkət təmin edilib. Lakin axşam saatlarında elektrik təchizatının yenidən kəsilməsi nəticəsində qatarlar hərəkətini davam etdirə bilməyib. Belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlər planına görə, stansiyalar sərnişinlərin girişinə bağlanıb və təxliyə tədbirlərinə başlanılıb. Metropolitenin normativ aktlarına uyğun olaraq, sərnişinlərin təxliyəsi ən qısa müddətdə uğurla başa çatdırılıb, tunellər yoxlanılaraq, hərəkətin bərpasına tam hazır vəziyyətə gətirilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb





















