İlham Əliyevdən "Mingəçevir" sərəncamı
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
"Marja"un məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat, əsasən, bərpa olunub.
Dövlət başçısı “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradıb:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verməlidir.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
35 san. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
-
- 21 d. əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Pizza Mizza”nın “28 May” filialı açılıb
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb






.jpg)






.jpg)



