Geriləyən “Günay Sığorta”nın İdarə Heyətinə yeni təyinat
“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Bu barədə "Marja"ya Şirkətdən bildirilib.
İlkin Mirzəyev 2008-ci ildə Azərbaycan Dövlət İqtisad universitetinin Maliyyə Kredit fakultəsinə daxil olmuş və 2012-ci ildə təhsilini bitidikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışmışdır. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak etmişdir.
Aprel ayında İdarə Heyətinin sədri Həsən Bədəlov yenidən Müşahidə Şurasının üzvü seçilmişdi. “Günay Sığorta” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarı əsasında Axundov Eldar Fikrət oğlu “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini və sədri vəzifələrini müvəqqəti icra edən təyin edilmişdi.
2017-ci ilin yanvar-may dövründə 4 milyon 272 min manat sığorta haqları toplamış "Günay Sığorta", 2018-ci ilin yanvar-may dövründə cəmi 2 milyon 937 min manat sığorta haqları toplamağa nail olub (Yığımlarda 31% azalma).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























