“Vergi uçotu” təlimi üzrə qeydiyyat davam edir!
Karyerasını maliyyə və mühasibatlıq sahəsində qurmaq və ya vergi mütəxəssisi kimi çalışmaq istəyənlərin nəzərinə!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Sizləri “Vergi uçotu” təlimində iştirak etməyə və peşəkar təlimçimizin bilik və təcrübələrindən bəhrələnməyə dəvət edir!
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 30 saat
Təlimin ümumi qiyməti – 270 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Tələbələr və sayı birdən çox olan eyni şirkət nümayəndələrinə endirimlər tətbiq edilir.
Təlim proqramı Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun təşkil edilmiş vergi uçotunun prinsip və qaydalarını, vergi bəyannamələrin hazırlanmasını və vergi qanunvericiliyinin tələblərinin mühasibat uçotunda əks etdirilməsini əhatə edir.
Təlimin məqsədləri:
• Vergi uçotunun əsasları ilə tanış olmaq
• Gündəlik iqtisadi əməliyyatların vergi uçotu sistemində əks etdirilməsi
• Vergi bəyannamələrin tərtib edilməsi
Təlimin başlama tarixi: 25 fevral 2017-ci il Dərs günləri: Şənbə və çərşənbə günləri Vaxt: 1) Şənbə günləri: 15:00 – 17:00 2) Çərşənbə günləri 19:30 – 21:30
Təlimçi: Şaban Abdullayev (vergi uçotu üzrə ekspert)
Azərbaycan Dövlət İqtisad Universitetində vergi və vergitutma ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə vergi və vergitutma ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci magistr təhsili alır. Vergi və gömrük sahəsində 10 ilədək iş təcrübəsinə malikdir. İndiyədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Tutduğu vəzifə vergi və gömrük qanunvericiliyi sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinə, həmin ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqi ilə bağlı təkliflərin verilməsinə xidmət etmişdir.
Aşağıda qeyd olunan linkdən təlim haqqında daha ətraflı məlumat əldə edə və həmçinin qeydiyyatdan keçə bilərsiniz: http://cmtc.gov.az/az/vergi-ucotu
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
Telefon: (+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
E-mail: [email protected]
Web: www.fmtc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
6 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
7 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















