PAŞA Bankın dəstəyi ilə "Big Data Hackathon 2018" müsabiqəsi keçirilir
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın dəstəyi ilə 29-30 iyun tarixlərində ADA Universitetinin Informasiya Texnologiyaları və Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən Data Analizi üzrə Tədqiqat Mərkəzi (CeDAR) tərəfindən texnoloji məsələlərin həlli üzrə mütəxəssislər arasında Big Data Hackathon 2018 müsabiqəsihəyata keçirilir.
Gənc mütəxəssislər arasında keçirilən bu müsabiqənin başlıca məqsədi “Böyük Verilənlər” (Big Data) təhlilləri vasitəsi ilə müəyyən biznes problemlərinin optimal həllinin tapılmasından ibarətdir. Big Data Hackathon 2018-in iştirakçıları biznes ehtiyacların qarşılanması üçün yaradılacaq məhsulun prototipin hazırlamaqla yanaşı, biznes mühitində onun rəqabətlilik potensialını da digər mütəxəssis və ekspertlərlə müzakirə etməkimkanları əldə edəcəklər.
PAŞA Bankın sədri Taleh Kazımovun sözlərinə görə yaxın 3 il ərzində Bank əsas səylərini öz biznes fəaliyyətinin transformasiyası və bütün məhsul və xidmətlərinin rəqəmsal kanallar vasitəsi ilə təşviq edilməsi üzərində cəmləşdirmişdir. Məhz bu baxımdan, Big Data Hackathon 2018 tədbirinin dəstəklənməsi və ekspert qismində müsabiqədə iştirak PAŞA Bank üçün böyük maraq və əhəmiyyət kəsb edir.
“Bazardakı mövqeyimizi “Rəqəmsal Sahənin Ən Arzuolunan İşəgötürəni” qismində müəyyən etməklə, PAŞA Bank nəinki gənc və bacarıqlı mütəxəssisləri Big Data təhlilləri vasitəsilə perspektivli texniki həllərin yaradılmasında dəstəkləməyi, eləcə də tərtib etdikləri texniki həllərin praktikada tətbiq edilməsi üçün lazımi şəraiti yaratmağı qarşısına məqsəd qoymuşdur. Əminəm ki, bu növ tədbirlərdə iştiraka maraq proqram təminatı tərtibatçıları, biznes icmasının nümayəndələri, eləcə də yeni texnologiyaların biznes mühitində tətbiq edilməsində maraqlı olan səhmdarlar arasında getdikcə artacaq”- deyə T. Kazımov fikrini yekunlaşdırmışdır.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Dr. Araz Yusubov qeyd etmişdir ki, PAŞA Bank ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tərəfdaşıdır, eləcə də fakültənin rəhbərliyi altında 2018-ci ildə həyata keçirilən bir sıra tədbirlərin sponsoru qismində çıxış edir. İlin əvvəlindən PAŞA Bank 4-cü beynəlxalq Big Data Day forumu, eləcə də mühəndislik və robototexnika üzrə məktəblər-arası yarışın keçirilməsinə də dəstək göstərmişdir. Bu tərəfdaşlıq gənc mütəxəssislər üçün yeni fürsətlər yaratmaq baxımından da əlamətdardır”, - deyə A. Yusubov vurğulamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)

