Komitə, dövlət əmlakı icarəsinin gəlirlərilə öyünür - "ŞÜBHƏ YOXDUR"
2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilmişdir ki, bununla Proqnoz Tapşırıq 151,6% yerinə yetirilmişdir.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən “Marja”ya bildirilib.
Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilmişdir (Proqnoz Tapşırıq 114%). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin köçürülmüşdür.
"Qeyd edilməlidir ki, 2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş Proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 milyon (6,2 milyon manat torpaq sahələri üzrə və 1,8 milyon manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Cari ilin ilk 5 ayının faktiki göstəriciləri illik proqnoz tapşırıqlarına tam əməl ediləciyinə şübhə yeri qoymur.
ƏMDK tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 8,7 milyon manat vəsaitin köçürülməsi təmin edilmişdir. Bundan 6,8 milyon manatı (Proqnoz Tapşırığa nisbətdə 110,0%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 milyon manatı (Proqnoz Tapşırığın 105%) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olmuşdur ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir",- məlumatda deyilir.
Komitə tərəfindən dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı da elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətdən istifadə etməklə onlayn rejimdə icarə haqqı borcunu öyrənmək mümkündür. Xidmətdən istifadə üçün e-emdk.gov.az portalına daxil olmaqla 37-ci bölməyə keçid etmək kifayətdir. Həmin bölmədə “İcarəçinin kodu” xanasına müvafiq kodu daxil etməklə icarə borcu haqqında məlumat əldə edilir. Eyni zamanda vətəndaşların rahatlığı nəzərə alınaraq icarə haqqı borclarının mobil telefon vasitəsi ilə də öyrənilməsi imkanları reallaşdırılıb. Bu məqsədlə, 9193 nömrəsinə icarə haqqı kodu göndərilməklə dərhal icarə borcunu öyrənmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















