"AzRe Təkrarsığorta"nın mükafatlarında azalma!
Azərbaycanın ilk təkrarsığorta şirkəti "AzRe Təkrarsığorta" ASC 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb.
“Marja” hesabata istinadən xəbər veirir ki, ASC ötən ili 22 milyon 62 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2016-cı ildə 18 milyon 320 min manat, 2015-ci ildə 14 milyon 171 min manat qazanc götürmüşdü.
2016-cı illə müqayisədə ötən il "AzRe Təkrarsığorta"nın ümumi sığorta və təkrarsığorta mükafatları 13% azalaraq 80 milyon 538 min manatdan 70 milyon 142 min manata düşüb (10 milyon 396 min manat azalma).
İllik müqayisədə ümumi ödənilmiş iddialar 35 milyon 286 min manatdan 29 milyon 600 min manata düşüb. Şirkətin faiz gəlirləri 7 milyon 580 min manatdan 9 milyon 570 min manata yüksəlib. Eyni zamanda, satış komissiyaları 11 milyon 884 min manatdan 7 milyon 238 min manata azalıb. Bütün bu amillər, sığorta və təkrarsığorta mükafatlarının azalmasına baxmayaraq xalis mənfəətin 2016-cı illə müqayisədə yüksək olmasını təmin edib.
2016-cı illə müqayisədə ötən il şirkətin aktivləri 3% azalaraq 136 milyon 447 min manata düşüb.
Ötən il "AzRe Təkrarsığorta" banklardakı depozitlərini azaldıb, dövlət qiymətli kağızlarına sərmayələrini isə artırıb.
"AzRe Təkrarsığorta" şirkəti - "Azər-Türk Bank"ın səhmlərinin 6,55%-nə nəzarət etməklə yanaşı, "Qala Həyat Sığorta" şirkətinin 91,11%-lik, "Qala Sığorta" şirkətinin isə 100%-lik səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



