"TAP layihəsinin icrası 72,5% tamamlanıb"
2 il ərzində Trand Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası 72,5% tamamlanıb.
Bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında TAP AG şirkətinin prezidenti Volter Pirye deyib.
Onun sözlərinə görə, kəmərin Yunanıstanla Albaniya arasındakı hissəsi artıq təmizlənib və boruların 90%-dan çoxu birləşdirilib, bunlardan isə 87%-lik hissə torpağa basdırılıb.
"Yunanıstan ərazisində 540 km-dən çox ərazi boru kəməri üçün təmizlənib və boruların 400 km-dən çoxu artıq torpağa basdırılıb. Bundan başqa, ilin sonuna qədər TAP Yunanıstanın İGB və Desfa qazpaylayıcı sistemlərinə qoşulacaq, bu da ölkəni qazla təmin ediəcək", - deyə, V.Pirye bildirib.
Albaniyaya gəlincə, TAP AG rəsmisi deyib ki, burada da işlər qrafif üzrə gedir: "193 km ərazi artıq təmizlənib və boruların 186 km-i birləşdirilib. Hazırda biz Albaniyanın dağlıq ərazisində işgörürük. Kompressor stansiyalarının tikintisi davam edir".
Onun sözlərinə görə, ətraf mühitə dəyən zərəri minimumlaşdırmaq üçün Albaniyanın sahilində mikrotunel tikilir, bu da ən son texnologiya həlli sayılır: "Biz bəzi yerli təşkilatlardan şikayətləri alırıq, amma əminik ki, bütün bu çətinliklərə baxmayaraq işləri vaxtında başa çatdıracağıq".
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















