ABŞ nümayəndə heyəti Şimali Koreyaya getdi
"Şimali Koreyanın böyük iqtisadiyyat və maliyyə ölkəsi olacağına inanıram"
ABŞ nümayəndə heyətinin ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreyanın Prezidenti Kim Jong arasında keçirilməsi mümkün görüş üçün Şimali Koreyalı nümayəndə heyəti ilə danışıqlar apardığı bildirilib.
"Marja" xəbər verir ki, mövzu ilə bağlı Twitter hesabından açıqlama verən Tramp, onunla Kim Jong arasında görüşü planlaşdırmaq üçün ABŞ nümayəndə heyətinin Şimali Koreyaya getdiyini bildirib.
Tramp, "Şimali Koreyanın mükəmməl bir potensialı olduğuna və günün birində böyük iqtisadiyyat və maliyyə ölkəsi olacağına inanıram. Kim Jong da bu məsələdə mənə qoşulur. Olacaq",- yazıb.
Digər tərəfdən, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert, verdiyi yazılı açıqlamada, ABŞ nümayəndə heyətinin Şimali Koreyadakı tərksilah edilmiş bölgədə olan Panmunjom kəndində Şimali Koreyalı nümayəndə heyəti ilə görüşdüyünü bildirib.
Nauert, "Tramp ilə Şimali Koreya lideri Kim Jong arasındakı görüş üçün hazırlıqlara davam edirik". ifadəsini istifadə edib.
1 GÜNƏ KREDİT ALIN!
Trump, ötən Cümə axşamı günü, "İyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan görüşü ləğv etməyə qərar verdim. Bunun, həm Şimali Koreya, həm də dünya üçün böyük bir geri addım olduğuna inanıram", ifadələrini işlətmişdi.
Tramp, Kim ilə görüşməyə hələ də isti baxdığını bildirmişdi.
Tramp, "Nələr olacağını görəcəyik. Hazırda onlarla danışırıq.Görüş ayın 12-sinde belə ola bilər. Bu görüşü onlar çox istəyir, biz də olmasını istəyirik",-demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
26 d. əvvəl
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
-
30 d. əvvəl
Nəhəng qurum müharibəyə baxmayaraq qızılın bahalaşacağı barədə proqnozunu saxlayır
-
-
36 d. əvvəl
Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 20,7 faiz azalıb
- 38 d. əvvəl
-
47 d. əvvəl
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə balansında 1,4 milyard dollarlıq kəsir! - 3 DƏFƏDƏN ÇOX ARTIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Ən çox oxunanlar
"Bakı Metropoliteni"nin baş mühəndisi işdən çıxarılıb
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Azərbaycanın cari balansının profisiti "əriyib"
ABŞ-lı milyarder investor xəbərdarlıq etdi: Hörmüz, “ABŞ İmperiyasının son müharibəsi” ola bilər
"Nort Vest Konstrakşn" şirkəti 407 milyon manat gəlirdən 35 milyon manat xalis qazanc əldə edib
Azərbaycan neftinin son qiyməti

























