Unibankdan Cümhuriyyətin yubileyinə fərqli hədiyyə
Unibank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı maraqlı layihəyə imza atıb.
Bankın marketinq bölümünün təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında rolu olan böyük şəxsiyyətlərin portlretlərini və tariximizin o dövrü ilə bağlı hadisələri əks etdirən fotolardan ibarət poçt kartlar toplusu çap edilib.
Yüksək dizaynla hazırlanmış və keyfiyyətlə çap edilən poçt kartlar arasında indiyə kimi geniş ictimaiyyətə açıqlanmayan orijinal fotolar da var. 20 fotodan ibarət olan poçt kartları satış üçün deyil, ictimaiyyəti maarifləndirmək və tariximizə bir töhfə vermək məqsədi ilə buraxılıb. Bu baxımdan layihə xüsusi önəm kəsb edir.
Poçt kartlar gələcək nəsillərə bu materialları çatdırmaq məqsədi ilə həmçinin ölkənin əsas kitabxanalarına və arxivlərinə də veriləcək.
Poçt kartların arxasında onların aid olduğu şəxsiyyətlər və hadisələr barədə də məlumat yer alıb.
Unibankın bu layihəsi öz orijinallığı və tarixi əhəmiyyəti baxımından təqdirə layiq və nümunəvidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 3 saat əvvəl
-
4 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
4 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
5 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
5 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























