5 bank və 3 BOKT Nazirlik ilə niyyət protokolu imzaladı
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində növbəti tədbirini həyata keçirib.
Bakıda fermerlərə və kənd təsərrüfat məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffalığı təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla (BOKT) niyyət protokollarının imzalanma mərasimi təşkil olunub.
Protokollar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə 5 bank - "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Kapital Bank", "Turan Bank", "Rabitəbank" ASC-lər, eləcə də "Aqrarkredit" QSC, "Finoko" ASC və "Finans İnvest" MMC BOKT-larla imzalanıb.
Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, rəhbərlik etdiyi qurum fermerlərin hədəflərinə fermerlərin rahat şəkildə kredit alması ilə yanaşı kənd təsərrüfatına xarici investisiyaarın cəlb edilməsi də daxildir.
"3 əsas prinsipimiz var: 1-ci fermerlərə yaxın olmaq, onların kreditlərə çıxışını təmin etmək, 2-ci şəffaflıq, 3-cü innovasiyaların tətbiq olunmasıdır. Hazırda müxtəlif dövlət və beynəlxalq qurumlarla yeni yanaşmalar üzərində işləyirik", - deyə o, əlavə edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. sonra
-
18 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
32 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
44 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 48 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























