“Qala Sığorta” və “Qala Həyat”dan ekologiya işçilərinə müjdə
Azərbaycanda hər il “23 May – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Bu münasibətlə “Qala Sığorta” və “Qala Həyat” şirkəti bu gündən etibarən məhsullar üzrə güzəşt kampaniyasına start verib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində hər iki şirkət tərəfindən ekologiya əməkdaşları üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.
Bu güzəşdən yararlanmaq istəyən müştərilər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.
Kampaniya 30 may tarixinədək davam edəcək. Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012)404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya işçiləri də ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində apardıqları uğurlu xidmətləri ilə seçiliblər.
Fürsətdən istifadə edərək “Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi ekologiya sahəsində çalışan bütün işçilərin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























