40 min əmək müqaviləsi bağlanıb, büdcəyə 12 milyon manat ödənilib
Hazırda əmək münasibətlərinin və əmək qanunvericiliyinin pozulduğu sahələrdən biri tikinti sektorudur.
Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 54 səyyar monitorinq keçirilib. Yüzdən çox tikinti şirkətini əhatə edən monitorinqlər nəticəsində Bakıda tikilməkdə olan yaşayış binalarında çalışanların 30 faizinin əmək müqaviləsinin olmadığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24, Baş Prokurorluğa isə 23 material göndərilib.
Bu günədək Bakıda tikilən yaşayış binalarında çalışan 40 min nəfərlə əmək müqaviləsi imzalanıb. Bağlanan əmək müqavilələrinin hesabına dövlət büdcəsinə 12 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Tikinti sahəsində qeyri-rəsmi məşğulluğa zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, onlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq.
© vergiler.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























