“AtaSığorta” İlin Agent Gününü keçirib
“AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə daxil olan sığorta vasitəçiləri və məsləhətçilərinin Quba şəhərində illik toplantısı – “İlin Agent Günü” keçirilmişdir.
İdarə Heyətinin sədri Müseyib Əliyev və İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənovun iştirakı ilə baş tutan tədbirdə 100–dən artıq sığorta agenti, satış təmsilçiləri, filial və nümayəndəlik rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev açıb. O, sığorta sektorunda müşahidə olunan tendensiyalar və cari vəziyyətlə bağlı məlumat verməklə maliyyə sektorunun daha böyük potensiala malik olmasını və sığorta vasitəçilərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirdiyini vurğuladı. Eyni zamanda sığorta sahəsində geniş əhali kütləsinin maarifləndirilməsi prosesində agent şəbəkəsinin əhəmiyyətli rolu vardır. Qeyd olundu ki, “AtaSığorta” ASC hər zaman sığorta agentlərinə öz peşəkar biliklərini təkmilləşdirmək və satış prosesinin təşkilində uğurlu karyera qurmaqda dəstək verməyi davam etdirəcəkdir.
Növbəti çıxışda İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənov “AtaSığorta” ASC–nin sığorta sektorunda agentlərin fəaliyyətlərinə müsbət təsir edəcək son yenilikləri və bu yeniklərin yerli bazarda tədbiqi imkanları, sığorta agentlərinin inkişafına dair planlar və strategiyalar, həmçinin agent şəbəkəsi vasitəsi ilə könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərin avtomatlaşdırılması üzrə təkliflər və layihələr haqqında məlumatlar verdi. Tədbirdə sığorta vasitəçiləri və məsləhətçilərini maraqlandıran suallar cavablandırıldı. Fəal sığorta vasitəçilərinə sertifikat və qiymətli hədiyyələr təqdim edildi.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























