Qanunsuz 250 “karyer” aşkar edilib - FƏALİYYƏTİ DAYANDIRILDI
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxananlarının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb.
Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılmışdır.
Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir.
Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılmışdır, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbtolunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
Hazırda, 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilmişdir.
Monitorinqlər zamanı qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların özəl pay torpaqlarına aiddir.
Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsində 12 may tarixində daha çox qanunsuz daş karxanaları fəaliyyət göstərən rayonların icra hakimiyyəti basçılarının müavinləri ilə toplantı keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















