Azərbaycanda pambıq sahələri təhlükədə!
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərinin fitosanitar monitorinqləri zamanı pambıq sahələrində mənənələr aşkar edilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti vəziyyətin əhəmiyyətini nəzərə alaraq fermerlərin, torpaq mülkiyyətçilərinin və sahibkarların diqqətinə ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tədbirlərinə başlanılmasının vacibliyini çatdırır.
Bildirilir ki, Azərbaycanda yonca (və ya akasiya), bostan (və ya pambıq) və böyük pambıq mənənələri pambıq bitkisinə ziyan vururlar. Onlar bitkinin ən zərif hissələrində - budağın təpə hissəsində və cavan yarpaqlarında məskunlaşır, xortumu ilə onları deşərək şirə sorur və toxumalara tüpürcək vəzlərinin ifrazatını yeridirlər. Nəticədə toxumalar dağılır, cücərti zədələndikdə təpə tumurcuq məhv olur. Bir qədər sonra zədələnmiş yarpaqlar burulur, qırışır və bir qismi tökülür. Generativ orqanların formalaşdığı dövrdə mənənə ilə zədələnmə qönçə və qoza başlanğıclarının tökülməsinə səbəb olur, tökülməyən qozalar isə az məhsuldar olur. İtki əksər hallarda 20 faizdən yuxarı olur. Meteoroloji amillər kompleksi mənənələrin həyatiliyinə güclü təsir edir. Bu kompleksdə yağışlar daha əhəmiyyətlidir.
Qeyd olunur ki, əkində bitkilərin 5 faizi sirayətləndikdə və ya 100 yarpaqda 50 mənənə fərdi qeydə alındıqda, zərərverici əleyhinə kimyəvi mübarizə aparılır. Mədəni bitkilərin vegetasiyaları arasındakı dövrdə bostan mənənəsi alaq otları üzərində yaşayır və qidalanır. Bu səbəbdən alaq otları tam məhv edilməlidir. Mənənə ilə bioloji mübarizədə yırtıcı afidimiza, Aphidiidae fəsiləsindən olan parazitlıərdən və qismən Cycloneda limbifer, Micromus angulatus, Chrysopa spp., Leis dimidiate sürfələrindən istifadə edilməklə mübarizə aparılır.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
Pambıq bitkisinin 100 yarpağı üzərində mənənələr 50-dən çox olarsa, sorucu zərərverici əleyhinə asetamiprid tərkibli Mosetam (0,2 kq/ha), Aseti Super 20 WP (0,2 kq/ha), Paskal SP (0,2 kq/ha), Mostar 20 SP (0,2 kq/ha), metomil tərkiblı Terra (0,8 kq/ha), karbosulfat tərkibli Garant (1,5 lt/ha) və abomektin+spirodiklofen tərkibli ABAM 28 SK preparatlarının biri ilə sahə dərmanlanmalıdır. Qeyd edilən preparatlar mənənə ilə yanaşı trips, ağqanadlı, tor gənəsi və pambıq sovkasının kiçik yaşlı tırtıllarına da təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 42 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























