Sığorta mübahisələri 1 günə həll edilə bilər - YENİ SİSTEM TƏQDİM EDİLDİ
Sığortaçılara mediasiya sisteminin təqdimatı keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçılarla sığortalılar arasında mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı görüş keçirilib.
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Birliyin digər nümayəndələri, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, o cümlədən, mübahisələrin məhkəmədən kənar həllini həyata keçirməyi nəzərdə tutulan mediasiya şirkətinin nümayəndələri iştirak edib.
Görüşdə sığorta mübahisələrinin məhkəmədən kənar həlli sistemi ilə bağlı sığorta şirkətləri üçün təqdimat edilib, daha sonra geniş müzakirə aparılıb.
Mediator şirkətin təklif etdiyi həll üsulu ilə sığorta mübahisələrinin operativ qaydada – bir gün ərzində həlli nəzərdə tutulub. Mürəkkəb və xüsusi araşdırma tələb edilən hallarda bu müddət 30 günə qədər uzadıla bilər. Belə ki təklif edilən həll mexanizmi sığorta mübahisəsinin həlli istiqamətində mediator şirkətə müraciət edilən zaman mediatorun əvvəlcə hər iki tərəflə - sığortalı və sığortaçı ilə birlikdə, sonra isə onlarla ayrılıqda görüşünü nəzərdə tutur. Tərəflərlə birlikdə yenidən görüş keçirilməsi və razılaşma əldə edildiyi təqdirdə “Barışıq sazişi”nin bağlanması sistemin fəaliyyətində növbəti addım olaraq müəyyən edilib.
Qeyd etmək lazımdır ki, mediasiyadan beynəlxalq təcrübədə sığorta mübahisələrinin həllində çox geniş şəkildə istifadə edilməkdədir.
Yekunda sığortaçılar arasında mediasiya sisteminin müəyyən müddət ərzində pilot layihə olaraq həyata keçirilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə əsasən Azərbaycan Respublikasında mediasiya sisteminin qurulması tələb kimi müəyyən edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























