“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” böyük məbləğdə qazanc açıqladı
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 70,99 mln. manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 70,4% çoxdur.
2017-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 7 dəfə artaraq 4,759 mln. manata, qısamüddətli aktivləri isə 61,6% artaraq 66,231 mln. manata çatıb.
Hesabat dövründə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı”nın cəmi öhdəlikləri 61,8% artaraq 67,302 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 8 dəfə artaraq 4,656 mln. manat, qısamüddətli öhdəlikləri 52,7% artaraq 62,646 mln. manat, cəmi kapitalı isə təxminən 55 dəfə artaraq 3,689 mln. manat olub.
Səhmdar cəmiyyət ötən ili 3 milyn 621 min manat mənfəətlə başa vurub. Habuki, qurum əvvəlki ildən 32,5 min manat zərərlə çıxmışdı.
Xatırladaq ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 2016-cı ilin oktyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 47 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























