Haqqında ən çox danışılan həyat sığortası şirkəti oldu
Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış aparıcı şirkəti olan “Qala Həyat” bu ilin aprel ayında həyat sığortası bazarının ən populyar şirkəti olub.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupu cari ilin aprel ayı üzrə aparılan monitorinqin nəticələrini açıqlayıb.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunaraq, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Nəticədə aprel ayı ərzində həyat sığortası bazarı üzrə haqqında ən çox danışılan sığorta şirkəti “Qala Həyat” olub. Belə ki, "Qala Həyat" 76 məlumatla 1-ci yerdə qərarlaşaraq liderlik mövqeyini nümayiş etdirib.
Qeyd edək ki, “Qala Həyat” mətbuata daha yaxın və daha şəffaf şirkət kimi tanınır. Bu, şirkətin KİV-lə münasibətlərinin düzgün formada qurulmasından, bir sözlə mətbuata açıq olmasından irəli gəlir.
“Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





