Qazaxda kartof əkininin 1/4-i “Birinci Şıxlı”nın payına düşür
Qazax rayonunda əkiləcək 990 hektar kartofun 250 hektarı və ya 1/4-i “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının payına düşür.
Qazax rayonundakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı bu il 250 hektar sahədə aparılacaq kartof əkini aparacaq.
"Marja" xəbər verir ki, əkin işləri sürətlə və aqrotexniki qaydada həyata keçirilir. İşlərin gedişi belə deməyə əsas verir ki, təsərrüfatda kartof əkini yaxın günlərdə başa çatdırılacaqdır. Türkiyədən gətirilən “Melodiya”, “Marabel”, “Aqriya”, “Nataşa”, “Orkestra” sortları olduqca yüksək məhsul verir. Bu da gələcəkdə daha çox məhsul götürməyə zəmin yaradır.
Hazırda kartof əkini sürətlə davam edir. Bunun üçün əvvəlcədən lazımi hazırlıq işləri həyata keçirilərək sahələrdə şumlama və dərmanlama işləri görülüb. Eyni zamanda, əkinin aqrotexniki qaydada aparılması və vaxtında başa çatdırılması üçün təsərrüfat şumlama traktorları, dərmanlanma və toxumsəpən aqreqatlarla tam təmin olunub. Bu günə kimi 180 hektar sahəyə toxum səpilibdir. Kartof əkini 2-3 günə tam başa çatdırılacaqdır.
Rayonda da kartof əkini sürətlə davam edir. Bu il rayon üzrə 990 hektar sahədə kartof əkilməsi nəzərdə tutulmuşdur. Əkinin 1/4-i “Birinci Şıxlı”nın payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
53 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























