“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşaraq, 1.2300$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.2228$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, eniş dalğası 1.2154$ və 1.2075$-a kimi də sürətlənə bilər.
Qeyd etmək lazımdır ki, avronun ucuzlaşmasına Avropa iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəifləməsi təsir edir.
Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:00-da Almaniyadan açıqlanacaq iqtisadi mühit indeksi və cümə günü saat 16:30-da ABŞ-dan yayımlanacaq birinci rüb üzrə iqtisadi inkişaf göstəriciləri də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.3992$-a kimi 3%-ə kimi ucuzlaşıb. Burada da qiymət 1.3984$-ı aşağı istiqamətdə qıraraq, altında qalarsa, ucuzlaşmanın 1.3742$-a kimi də davam edəcəyi proqnozlaşdırılır.
Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti faiz qərarı fonunda artım gözləntilərinin zəifləməsi, funt sterlinqin də ucuzlaşmasına təsir edir.
TRY
Türkiyə bazarlarında da dollar proqnozlaşdırıldığı kimi 4.00TL-ə kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 4.06TL-nin üzərində təklif edilən USD/TRY məzənnəsi, 4.07TL-ni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 4.12TL-ə kimi də bahalaşa bilər.
Bununla yanaşı, çərşənbə günü saat 15:00-da Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı məzənnəyə təsiri baxımından diqqət mərkəzində saxlanılmalıdır.
OIL
Enerji bazarlarında isə Brent nefti keçən həftə proqnozlaşdırıldığı kimi təqribən 75$-a kimi dəyər qazanıb. Bundan sonra qismən korreksiya edən bir barel üzrə qiymət 74-75$ aralığında ticarət edilməkdədir və yenidən 75$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, 76$ və 78$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti də 1334$-a (42.8 $/qram) kimi ucuzlaşıb və 1336$-ın (42.9 $/qram) altında qaldıqca, 1323$-a (42.4 $/qram) kimi də dəyər itirə bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma, qızıl qiymətlərinin də ucuzlaşmasına təsir edir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
1 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
1 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
1 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
2 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
2 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
2 saat əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
2 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb



















