"İqtisadi aktivliyin artması valyutaya əlavə tələb yarada bilər"
“Biz 2018-ci ilin sonunda tədiyyə balansında, o cümlədən də cari hesablar balansında profisit gözləyirik”.
“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, neftin 45 dollardan yuxarı qiymətləri Manata bahalaşma istiqamətində birbaşa təzyiq yaratmır:
“Bilirsiniz dövlət büdcəsində və sosial-iqtisadi proqnozlaşdırmada neftin qiyməti 45 dollar müəyyənləşdirilib. Bütövlükdə, ölkədə monetar və fiskal çərçivə, həmçinin transfertlər 45 dollara uyğun götürülüb. Bu o deməkdir ki, neftin qiymətinin əlavə qalxması bütövlükdə daxili iqtisadiyyata təsir göstərmir. Bu təsir 45 dollar səviyyəsində müəyyənləşdirilmişdir. Bu səviyyə kifayətdir ki, makro-iqtisadi vəziyyət qorunub saxlanılsın, Manatın məzənnəsinə əlavə təzyiq yaranmasın. Bəli, bir az dərinə getsək deyə bilərəm ki, neftin qiymətinin qalxmasının digər əlavə təsirləri var. Məsələn, qonşu ölkələrdə də neftin qiymətinin artması Azərbaycana göndərilən pul baratlarının gəlməsini artırır. Bu təsirlər neytrallaşdırıla biləcək səviyyədədir. Mərkəzi Bank müəyyən fəaliyyətləri ilə Manatın möhkəmlənməsinin qarşısını ala bilir. Eyni zamanda, iqtisadi aktivliyin artması ilə Dollara artan tələb, Manata yaranan təzyiqi azaldır.
Bunu da bilmək lazımdır ki, ölkədə iqtisadi aktivliyin artması idxalın da artmasına səbəb olur və valyutaya əlavə tələblər yarada bilər. İqtisadi artım güclənir, təbii ki, bu, idxal mallarına tələbi artırır. Xüsusilə dövlət büdcəsindən investisiya xərcləri investisiya mallarına (maşın və avadanlıq) olan tələbi gücləndirir. Lakin ölkəyə daxil olan pul baratlarının artması burada bir qədər neytrallaşdırıcı rol oynayır”.
Eyni zamanda Elman Rüstəmov, “Biz milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amil görmürük” deyib və sözlərinə belə davam edib:
“Tədiyyə balansı müsbət zonadıdar, onun profisiti var. Biz ilin sonuna kimi tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Ölkədə mövcud iqtisadi siyasətləri həyata keçirmək üçün valyuta ehtiyatları ayrılmışdır. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25% yüksəkdir. Belə olan şəraitdə, manatın ucuzlaşacağı barədə proqnozlar nəyə əsaslanır bizə məlum deyil. Ölkədə birinci rübdə həyata keçirilən valyuta hərraclarının əksəriyyətində təklif tələbi üstələmişdir. Belə olan şəraitdə biz Azərbaycanın milli valyutasının ucuzlaşması istiqamətində heç bir fundamental amil görmürük və düşünürük ki, bu baş verməyəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























