Sığorta şirkəti yeni filial açdı
“Meqa Sığorta” ASC regionlarda fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Lənkəran şəhərində yeni - “Cənub” filialının açılışını həyata keçirib.
Şirkətin yaydığı məlumata görə, bu filial vasitəsilə Lənkəran şəhəri və Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonları üzrə fiziki və hüquqi şəxslərə “Meqa Sığorta” ASC-nin bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək.
Yeni filial cənub regionu üzrə müştəri xidmətləri keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.
Qeyd edək ki, hal-hazırda sığorta şirkətinin Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Mingəçevir, Lənkəran şəhərlərində, Qobustan, Şəmkir, Şamaxı, Zaqatala, Xaçmaz, Xudat, Ağsu, Ağcəbədi rayonlarında geniş filial və nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.
Xatırladaq ki, "Meqa Sığorta ASC fəaliyyətə 2010-cu ildə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























