"Mənzil, torpaq və obyektlərin qiymətləri qalxıb"
"İlkin bazarda qiymətlər qalxıb, təkrar bazarda isə düşüb"
2018-ci ilin fevralında Bakıda daşınmaz əmlak bazarında qiymətlər indeksi 1,75 faiz artıb.
Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ay ərzində ilkin mənzil, torpaq, eləcə də kommersiya obyektlərinin icarəsinin qiymətləri qalxıb:
“Fevral ayında ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, torpaq bazarında 1,99 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,83 faiz artıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, ikinci mənzil bazarında qiymətlər 2,13 faiz, mənzil icarəsi 4,2 faiz, kommersiya obyektləri bazarında 3,69 faiz azalıb”.
O qeyd edib ki, 2018-ci ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 3,22 faiz artıb. Onun sözlərinə görə, bu, ilkin mənzil bazarında mənzillərin qiymətinin artması ilə əlaqədardır:
“İlin əvvəlindən ilkin mənzil bazarında qiymətlər 9,5 faiz artıb. Bundan başqa torpaq bazarında 2,72 faiz, kommersiya obyektləri bazarında 0,36 faiz və bu obyektlərin icarəsi bazarında 4,75 faiz artım müşahidə olunub. Eyni zamanda ilin əvvəlindən ikinci mənzil bazarında qiymətlər 1,63 faiz azalıb. Mənzil icarəsi bazarında qiymətlər dəyişməyib”.
N.İbrahimovun sözlərinə görə, ümumilikdə 2018-ci ilin birinci rübündə daşınmaz əmlak bazarında 3-4 faiz artım gözlənilir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















