"Səhv etmişik"
Facebook-un qurucusu və rəhbəri Mark Zuckerberg, şirkətin 50 milyon istifadəçisinə aid şəxsi məlumatların xaricə sızması ilə bağlı rəsmi bəyanat verib.
Baş ofisi Londonda yeləşən "Cambridge Analytica" adlı şirkətin 50 milyon Facebook istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və İngiltərədə həlledici siyasi seçkilərə təsir etmək üçün qanunsuz istifadə etdiyi bildirilir.
"Marja" xəbər verir ki, Zuckerberg, məsələ ilə bağlı ilk dəfə açıqlama verib.
Mark Zuckerberg, Facebook hesabından verdiyi yazılı açıqlamada, 2013-cü ildə Kembric Universitetinin araşdırma əməkdaşlarından biri olan Aleksandr Kogan adlı şəxsin Facebook-da istifadə edilən bir tətbiq (proqram) hazırladığını, təxminən 300 min adam tərəfindən yüklənən bu proqramın istifadəçilərinin və dostlarının məlumatlarını paylaşdığını bildirib.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Koganın 2015-də sözügedən məlumatları "Cambridge Analytica"ya verdiyini qeyd ifadə edən Zuckerberg, istifadəçilərin razılığı olmadan həyata keçirilən bu cəhdin Facebook siyasətlərinə zidd olduğunu vurğulayıb.
Mark Zuckerberg, vəziyyətin öyrənilməsinin ardından Koganın səhifəsinin Facebookdan silindiyini, Facebook-un "Cambridge Analytica"dan sözügedən məlumatları silməsi üçün rəsmi müraciət etdiyini qeyd edib.
"Cambridge Analytica"nın məlumatları sildiyini bildirən Zuckerberg, ABŞ və İngiltərə mətbuatında bu məlumatların istifadə edildiyinə dair çıxan xəbərlərin ardından "Cambridge Analytica"nın da Facebook-dan xaric edildiyini və bu ölkələrin hökumətləri tərəfindən aparılan istintaqlar çərçivəsində Facebook-un tənzimləyici təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.
Mark Zuckerberg, bu kimi məlumat sızmalarına qarşı Facebook-un illərdir müxtəlif tədbirlər gördüyünü bildirib.
"Sizin (istifadəçilərin) məlumatlarınızı qorumaq məsuliyyətimiz var. Bunu edə bilmiriksə, sizə xidmət göstərməyi haqq etmirik. Tam olaraq nə olduğunu bilmək və bunun yenidən baş verməməsi üçün çalışıram. Bu cür hadisələrin baş verməməsi üçün illər bundan əvvəl tədbirlər görmüşdük. Ancaq, səhv etmişik. Daha edilməsi lazım olanlar var. Facebook-u mən yaratdım və ən nəhayət platformamızda baş verənlərdən mən cavabdehəm".
Məlumat sızmalarına qarşı tədbirlər
Zuckerberg, bu cür məlumat sızmalarının yenidən baş verməməsi üçün Facebook-un yeni tədbirlər gördüyünü, şübhəli fəaliyyət göstərən proqramların yoxlanacağını bildirib.
Facebook, sosial media səhifəsindəki açıqları və pis məqsədli istifadələri tapan adamlara mükafat veriləcəyini bildirilib.
Skandaldan sonra Facebook şirkətinin səhmləri Nyu York Birjasında ucuzlaşıb və şirkətin bazar dəyəri təxminən 60 milyard dollar azalıb.
Zuckerbergin cümə günü 74,5 milyard dollar olan şəxsi sərvəti dünən 67,7 milyard dollara qədər düşüb.
Dünyanın ən gənc milyarderi olan Zuckerberg, Forbes jurnalının Dünyanın Milyarderləri siyahısında 5-inci yerdən 7-ci yerə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
4 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















