7500 dollara satılacaq - İNDİDƏN 7 MİN SİFARİŞ VERİLDİ
Avtomobil də 3D printerdə istehsal olunacaq.
"Marja" xəbər verir ki, 3D çap materialları inkişaf etdirən "Polymaker" şirkəti və İtalyanın avtomobil istehsalçısı XEV şirkəti tərəfindən birgə verilən açıqlamada, 3D printer ilə seriyalı istehsalı həyata keçiriləcək bir elektrikli avtomobil modeli hazırladıqları qeyd olunub.
LSEV adı verilən avtomobilin bütün plastik parçaları 3D texnologiyası ilə istehsal edilib. Seriyalı istehsal başlamadan artıq 7000 ədəd sifariş qəbul edilib.
İtaliyanın poçt xidmətləri şirkəti "Posta Italiane" ilk fazada 5 min ədəd sifariş sözü verib, geri qalan 2 min sifariş isə bir texnika lizinqi şirkəti olan ARVAL tərəfindən verilib..
3 GÜNDƏ İSTEHSAL EDİLƏCƏK, ÇƏKİSİ YARIM TONDAN AZDIR
XEV tərəfindən verilən açıqlamada "Polymaker" materialları və 3D texnologiyası sayəsində avtomobillərdə istifadə edilən 2 minin üzərindəki plastik hissə sayı 57 ədədə endirilib. Beləliklə, bu seqmentdəki digər avtomobillərin 1 tonu aşan ağırlığı da yarıdan çox azaldılıb. LSEV yalnız 450 kq ağırlığındadır.
LSEV avtomobilində ənənəvi texnologiyaya malik olan faktorlar təkcə şasi, kreslolar və şüşədir Bu səbəbdən xərc də 70% nisbətində azalmışdır. Ənənəvi avtomobil sənayesində 5 ilə qədər çıxan dizayn prosesi də 1-ci ildə tamamlanıb.
İki şirkətin verdiyi açıqlamada 57 plastik parçanın istehsalının yalnız 3 gün tələb etdiyi və İtalyan XEV şirkətinin istifadə etdiyi 3D çap sisteminin gündə 25 kq material istehsal edə bildiyi qeyd edilib.
QİYMƏTİ 7500 DOLLARDIR
XEV-in İcraçı direktoru Stanley Lu, 3D printer texnologiyasının proseslər üçün böyük asanlıq təmin etdiyini söyləyib.
"Polymaker" şirkətinin təsisçisi və İcraçı direktoru Luo Xiaofan isə XEV-in ilk həqiqi 3D texnologiyası ilə seriyalı istehsal olcağını bildirib. Oxşar texnologiyanı istifadə edən bir çox şirkət olduğunu deyən Xiaofan ölçü və sıxlıq baxımından XEV-in müqayisəedilməz olduğuna diqqəti çəkib.
LSEV 7500 dollar qiymətə malikdir. Avtomobilin hələlik maksimum sürəti saatda 70 km/saatdır və bir dəfə enerji yığmaqla 150 km gedə bilir. 2019-ci ilin ikinci yarısında LSEV avtomobillərin ilk seriya istehsalına başlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
-
12 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
14 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
14 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
15 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)







.jpg)







