Amaniyadan ABŞ-a reaksiya - "ZƏRƏRLİ OLACAQ"
Almaniyanın Baş naziri Angela Merkel, ABŞ-ın dəmir və alüminium idxalına əlavə vergilər tətbiq etməsinin hər kəs üçün zərərli olacağını deyib.
"Marja" xəbər verir ki, Merkel, Münhendə Almaniya iqtisadiyyatının nümayəndələri ilə görüşünün ardından verdiyi açıqlamada, ABŞ-ın müəyyən məhsullar üçün gömrük vergilərini qaldırmasını narahatlıqla qarşıladıqlarını bildirib.
"Əlavə vergilərin olması yaxşı deyil. Bunun yalnız bir ölkəyə deyil, iqtisadiyyata təsiri var. Nəhayət hər kəs üçün zərərli olacağına inanırıq",- deyən Merkel, kimsənin bundan qazanclı çıxmayacağını ifadə etdib.
Buna görə də məsələyə dair ABŞ ilə danışıqlar aparmaq istədiklərinə diqqəti çəkən Merkel, "Əlbəttə, biz Avropa tərəfi olaraq da reaksiya göstərə bilərik",- deyib.
Prioritetin ABŞ ilə danışıqlar aparmaq olduğunu dilə gətirən Merkel, "ABŞ ilə ticarət müharibəsi olacağından həqiqətən qorxursunuz? sualına, "Mən indi müharibə sözünü ağzıma almaq istəmirəm. Bu indi bizə kömək etməz", -cavabını verib.
Almaniya hökumətinin sözçüsü Georg Streiter də Alman hökumətinin birtərəfli əlavə vergiləri rədd etdiyini bildirərək, "Biz bu gömrük vergilərini hüquqa zidd görürük", deyib
Əlavə vergilərin deyildiyi kimi, ABŞ-ın milli təhlükəsizliyi ilə hər hansı bir əlaqəsi olmadığını və tamamilə iqtisadi maraqlara xidmət etdiyi fikrində olduqlarını qeyd edən Streiter, ABŞ-ın bu qərarını Avropa Birliyi çərçivəsində yaxşı bir şəkildə təhlil edərək, necə bir cavab veriləcəyini düşünəcəklərini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)














.jpg)


