Prezidentdən 100 milyon manatlıq sərəncam!
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncam ilə 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Sərəncamda qeyd edilib ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır.
Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.
2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin SİYAHISI
Sıra №-si | Yaşayış məntəqəsi |
| Lənkəran rayonu |
1 | Mollakənd kəndi |
2 | Şovu kəndi |
| Şəki rayonu |
1 | Çayqaraqoyunlu kəndi |
2 | Baş Küngüt kəndi |
| Yevlax rayonu |
1 | Rüstəmli kəndi |
2 | Qaraməmmədli kəndi |
| Ağcabədi rayonu |
1 | Biləyən kəndi |
2 | Şotlanlı kəndi |
| Ağdaş rayonu |
1 | Orta Ləki kəndi |
2 | Aşağı Nemətabad kəndi |
| Ağsu rayonu |
1 | Nuran kəndi |
| Astara rayonu |
1 | Rinə kəndi |
| Beyləqan rayonu |
1 | Əmirzeydli kəndi |
| Bərdə rayonu |
1 | Hacıbəyli kəndi |
2 | Kafarlı kəndi |
| Cəlilabad rayonu |
1 | Cəlayir kəndi |
| Daşkəsən rayonu |
1 | Quşçu kəndi |
2 | Bayan kəndi |
| Gədəbəy rayonu |
1 | Çaldaş kəndi |
2 | Səbətkeçməz kəndi |
| Goranboy rayonu |
1 | Həmənli kəndi |
| Göyçay rayonu |
1 | Kürdşaban kəndi |
2 | Şəkili kəndi |
| Göygöl rayonu |
1 | Şəhriyar kəndi |
2 | Kərəmli kəndi |
3 | Çaykənd kəndi |
| Xaçmaz rayonu |
1 | Krasnı Xutor kəndi |
| İmişli rayonu |
1 | Aranlı kəndi |
2 | Qızılkənd kəndi |
| İsmayıllı rayonu |
1 | Lahıc qəsəbəsi |
2 | Qaraqaya kəndi |
3 | Gəndov kəndi |
4 | Namazgah kəndi |
| Kürdəmir rayonu |
1 | Qarasu kəndi |
| Qax rayonu |
1 | Meşəbaş kəndi |
| Qəbələ rayonu |
1 | Mıxlıqovaq kəndi |
2 | Kötüklü kəndi |
| Qobustan rayonu |
1 | Şıxzahırlı kəndi |
| Quba rayonu |
1 | Ərməki kəndi |
2 | Güneyməhlə kəndi |
| Qusar rayonu |
1 | Piral kəndi |
2 | Cibir kəndi |
| Lerik rayonu |
1 | Veri kəndi |
| Masallı rayonu |
1 | Tatyanoba kəndi |
2 | Güllütəpə kəndi |
| Neftçala rayonu |
1 | Ərəbqardaşbəyli kəndi |
2 | Cəngan kəndi |
| Oğuz rayonu |
1 | Muxas kəndi |
| Saatlı rayonu |
1 | Məzrəli kəndi |
2 | Azadkənd kəndi |
| Sabirabad rayonu |
1 | Yuxarı Axtaçı kəndi |
2 | Yastıqobu kəndi |
| Salyan rayonu |
1 | Düzənlik kəndi |
2 | Peyk kəndi |
| Siyəzən rayonu |
1 | Qozağacı |
| Şabran rayonu |
1 | Sumağava Qazma kəndi |
2 | Qorğan kəndi |
| Şamaxı rayonu |
1 | Bağırlı kəndi |
2 | Ovçulu kəndi |
| Şəmkir rayonu |
1 | Yeni Göyçə kəndi |
2 | Şəmkir şəhərinin “Sərxan” adlanan ərazisi |
3 | Qaracəmirli kəndində yeni massiv |
| Tərtər rayonu |
1 | Soyulan kəndi |
2 | Hacallı kəndi |
3 | Alışarlı kəndi |
4 | Rəcəbli kəndi |
5 | Kövdadıq kəndi |
6 | Bildirçinli kəndi |
7 | Umudlu kəndi |
8 | Aşağı Qapanlı kəndi |
| Tovuz rayonu |
1 | Hunanlar kəndi |
2 | Əhmədabad kəndi |
| Ucar rayonu |
1 | Ramal kəndi |
2 | Əlikənd kəndi |
| Yardımlı rayonu |
1 | Gavran kəndi |
| Zaqatala rayonu |
1 | Bəhmətli kəndi |
2 | Lahıc kəndi |
| Zərdab rayonu |
1 | Şıxbağı kəndi |
2 | Nəzəralılı kəndi |
Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə | |
| 3 rayonda 4 qəsəbə |
| Ağdam rayonu |
1 | Ergi adlanan ərazidə salınmış qəsəbə (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər) |
2 | “Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivi (Şuşadan olan məcburi köçkünlər) |
| Ağcabədi rayonu |
1 | Taxtakörpü adlanan ərazidə salınmış qəsəbə (Laçından olan məcburi köçkünlər) |
| Sabirabad rayonu |
1 | Rüstəmli kəndinin ərazisində salınmış qəsəbə (Zəngilandan olan məcburi köçkünlər) |
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
2 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 14 saat əvvəl
-
14 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
14 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
14 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib




















