Xüsusi mülkiyyətdə olan torpaqda birgə sənaye parkı yaradıla bilər - YENİ QAYDA
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası”nı təsdiq edib.
Bu qaydalar fevralın 15-dən qüvvəyə minib.
Qayda dövlət, bələdiyyə və xüsusi mülkiyyətçinin, o cümlədən dövlət və bələdiyyənin, dövlət və xüsusi mülkiyyətçinin iştirakı ilə yaradılan birgə sənaye parklarına şamil edilir. Birgə sənaye parkları ixtisaslaşmış və qarışıq profilli ola bilər. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə sənaye parkı yaradıla bilər. Birgə sənaye parkının yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə səlahiyyətli orqanın təklifinə əsasən Azərbaycan Respublikasının prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir. Birgə sənaye parkının yaradılması məqsədilə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi İqtisadiyyat Nazirliyinə birgə sənaye parkının yaradılması haqqında təkliflə müraciət edir. Birgə sənaye parkının yaradılması məqsədi ilə daxil olan təklifə 30 iş günü müddətində baxılır. Birgə sənaye parkının yaradılması haqqında təklif daxil olduqda, İqtisadiyyat Nazirliyi təklifi qeydiyyata alır və bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir. Bələdiyyənin və ya xüsusi mülkiyyətçinin təklifinin dəyərləndirilməsi səlahiyyətli orqanda bu məqsədlə yaradılmış qiymətləndirmə komissiyası tərəfindən həyata keçirilir. Komissiya səlahiyyətli orqan tərəfindən onun işçiləri arasından seçilmiş şəxslərdən və təklifi təqdim etmiş bələdiyyənin üzvləri və (və ya) xüsusi mülkiyyətçi və (və ya) onun nümayəndələrindən ibarət tərkibdə yaradılır. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir. Komissiyanın tərkibi İqtisadiyyat Nazirliyinin rəhbəri tərəfindən müəyyən edilir. Komissiyanın bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən təqdim edilmiş təklifə dair rəyi müsbət olduqda, habelə bu müsbət rəy əsasında bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən birgə sənaye parkının yaradılması barədə yekun qərar qəbul edildikdə, İqtisadiyyat Nazirliyi təklifi və tələb olunan sənədləri, həmçinin birgə sənaye parkının fəaliyyət ərazisi, sosial və digər infrastrukturla təminatı imkanları haqqında məlumatı və idarəedici təşkilat barəsində təklifini Azərbaycan Respublikasının prezidentinə təqdim edir. Səlahiyyətli orqan birgə sənaye parkının yaradılması məqsədi ilə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi qarşısında təkliflə çıxış edə bilər.
Birgə sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat dövlətin, bələdiyyənin və (və ya) xüsusi mülkiyyətçinin təsisçiliyi ilə yaradılır. Birgə sənaye parkının daha səmərəli idarə olunmasını təmin etmək üçün birgə komissiyanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər. İdarəedici təşkilat və operator birgə sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər. İdarəedici təşkilat və operator birgə sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməzlər. Birgə sənaye park üçün nəzərdə tutulmuş dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri icarəyə vermək hüququ ilə idarəedici təşkilatın istifadəsinə verilir. Birgə komissiyanın tərkibi səlahiyyətli orqanın nümayəndələri, müvafiq bələdiyyənin üzvləri və ya xüsusi mülkiyyətçi və onun nümayəndələri daxil edilməklə, səlahiyyətli orqanın, müvafiq bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun müəyyən edilir. Birgə komissiya ictimai əsaslarla fəaliyyət göstərir. Birgə komissiyanın tərkibi, onun sədri də daxil olmaqla 7 üzvdən ibarətdir. Birgə komissiyanın işinə rəhbərliyi birgə komissiyanın üzvləri arasından seçilmiş sədr həyata keçirir. Birgə komissiyanın iclasları bir qayda olaraq, ildə ən azı 4 dəfə keçirilir. Əlavə iclaslar komissiya sədrinin, üzvlərinin yarıdan çoxunun və ya idarəedici təşkilatın tələbi ilə çağırıla bilər. Birgə komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, birgə komissiyanın sədrinin səsi həlledici sayılır. Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması xərclərinin, həmçinin gəlirlərin bölüşdürülməsi idarəedici təşkilatın təsis müqaviləsi ilə iştirak paylarına uyğun olaraq müəyyən edilir.
© APA
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
34 d. əvvəl
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
-
-
43 d. əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
-
47 d. əvvəl
“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir
-
1 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
3 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
İlham Əliyev “SİMA” imzadan danışdı
Noyabrın 18-də gözlənilən hava şəraiti
Azərbaycanın kapital bazarlarında tarixi saziş
Ən çox oxunanlar
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü





















